Keçdim Culfadakı dəmir körpüdən,
orda fars dayanıb, burda rus durur.
Qarşıda -
ikiyə bölünmüş Vətən,
ortada -
bir Araz, bir namus durur.
Nəriman Həsənzadə
Niyə pozdun könlümün ahəngini, ey gül
Qara etdin güllərin al rəngini, ey gül
Ah, o bülbül seyri-bağa çıxmış ikən tək,
Qara yellə gördü çərpələngini, ey gül…
Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir,
Hər səadət ruhu oxşar pək sönük bir şö’lədir.
Bəlkə var səhvim fəqət gördüklərim həp böylədir.
Görmədim, əsla bəladan başqa bir şey görmədim.
Hüseyn Cavid