Düzünü deyim, xatirələrlə ovunmaq ümidlərlə yaşamaqdan daha yaxşıdır. Çünki xatirələr yaxşı-pis artıq var, ümidlərimizin isə axırı necə olacaq bilinmir.
– Biz nəyə görə Müqəddəs Ana kilsəmizə gedəndə sözümüzü etiraflarla başlayıb tövbəylə bitiririk? Çünki əvvəlcədən bilir ki, günahlarımız bağışlanacaq. Tövbə etmək daha rahat günah törətməyə şərait yaradır.
– Axı niyə Tanrı Habilin gətirdiyinə məmnuniyyətlə, Qabilin gətirdiyinə isə qəzəblə baxdı?
– Bəlkə də, Tanrı Qabilə baxanda paxıl, gələcəkdə qardaş qatili olacaq bir insan görürdü artıq...
– Onda belə çıxır ki, O özü paxıl insan yaradıb, ona cadu eləyib...