Hamıya salam! Bugün ilk dəfə bir kitabı başqaları üçün şərh edəcəm. İnanıram ki, bəyənəcəksiniz.
Kitab bir psixiatrın bir gün gözləmədiyi halda , kimdən gəldiyi bəlli olmayan gül hədiyyəsi alması ilə başlayır.Əvvəldə bu ona heyran olan bir oxucunun göndərdiyi hədiyyə kimi görünsə də sonradan evinə göndərilən adsız məktublar heç də bunun "sadə bir hədiyyə" olmadığını göstərir..Ona sevgisini etiraf edən , ona telefonla zəng edən bu qadın tərəfindən izlənildiyini ve işin getdikcə daha da təhlükəli hal aldığını hiss edir, çünki ətrafda insan cinayətləri başlayır və bunu da edən həmin qadındır.
Bu yazıçının oxuduğum ilk romanı idi. Mənə görə çox möhtəşəm idi .Çünki kitabı hər vərəqləyib oxuduqda sanki bol gerilim, bol aksiyonlu bir film izləyirdim .Kitabda hadisələrin gedişatını öncədən təxmin etmək də qeyri-mümkündür. Yazıçı sanki insanın bütün məntiqini ortaya qoyub cavab tapmasını istəyir.Kitabı oxuduqca ağlımıza gələn bütün ssenariləri boş verin , çünki sonluğu insanı təəccübləndirəcək tipdəndir...