📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Danabaş kəndinin əhvalatları povesti dövrün ictimai problemlerinin satirik üslubda yazılmış təzahürüdür.Cəlil Məmmədquluzadə o dövr hakim təbəqənin xalqa, insanlara necə ədalətsiz yanaşdığını necə zülm etdiyini Xudayar bəy və bir neçə obrazın timsalında göstərmişdir.O dövrün qadın hüquqsuzluğuna (Zeynəbin simvolunda)və şəriət qaydalarının hakim təbəqənin yəni Xudayar bəy kimi obrazların necə istifadə etdiyini ustalıqla əks etdirmişdir.Yazıçı yalnız qadın hüquqsuzluğunu yox belə desək biraz əskik olar ümumiyyətlə insan hüquqsuzluğunu göstərmişdir.Əsər həmçinin yerli xalqın bu hadisələri bu hüquqsuzluqları necə normal qarşıladıqlarını necə qəflət yuxusunda yatdıqlarını bizə göstərir .Əsərdə yalnız hakim təbəqə deyil onların əlaltısı olan yerli əhali də satirik üslubda ustalıqla yazılıb.Eyni zamanda o dövr çar Rusiyasının millətə qarşı etdiyi ədalətsizliyi də göstərir.Məhəmməd Həsənin naçalnikin yanına getməyi və Xudayar bəyi şikayət etməyə çalışması sonra naçalnikin dili başa düşməməyi tərcüməçinin də başa düşməməyi əslində çarizmin xalqa ədalətsizliyini xalqı necə saymadığına bir sübutdur.Çarizm xalqı cəhalət yuxusunda saxlamaq üçün ikiüzlü qazıları, mollaları dəstəkləyir və onlara yardım edir.Cəlil Məmmədquluzadə bu əsəriylə dövrün problemlərini ustalıqla satirik üslubda mükəmməl şəkildə əks etdirmişdir.