Şemil Hüseynov

Şemil Hüseynov
Puan vermedi·144 syf.··
2025 4. kitabı
Danabaş kəndinin əhvalatları povesti dövrün ictimai problemlerinin satirik üslubda yazılmış təzahürüdür.Cəlil Məmmədquluzadə o dövr hakim təbəqənin xalqa, insanlara necə ədalətsiz yanaşdığını necə zülm etdiyini Xudayar bəy və bir neçə obrazın timsalında göstərmişdir.O dövrün qadın hüquqsuzluğuna (Zeynəbin simvolunda)və şəriət qaydalarının hakim təbəqənin yəni Xudayar bəy kimi obrazların necə istifadə etdiyini ustalıqla əks etdirmişdir.Yazıçı yalnız qadın hüquqsuzluğunu yox belə desək biraz əskik olar ümumiyyətlə insan hüquqsuzluğunu göstərmişdir.Əsər həmçinin yerli xalqın bu hadisələri bu hüquqsuzluqları necə normal qarşıladıqlarını necə qəflət yuxusunda yatdıqlarını bizə göstərir .Əsərdə yalnız hakim təbəqə deyil onların əlaltısı olan yerli əhali də satirik üslubda ustalıqla yazılıb.Eyni zamanda o dövr çar Rusiyasının millətə qarşı etdiyi ədalətsizliyi də göstərir.Məhəmməd Həsənin naçalnikin yanına getməyi və Xudayar bəyi şikayət etməyə çalışması sonra naçalnikin dili başa düşməməyi tərcüməçinin də başa düşməməyi əslində çarizmin xalqa ədalətsizliyini xalqı necə saymadığına bir sübutdur.Çarizm xalqı cəhalət yuxusunda saxlamaq üçün ikiüzlü qazıları, mollaları dəstəkləyir və onlara yardım edir.Cəlil Məmmədquluzadə bu əsəriylə dövrün problemlərini ustalıqla satirik üslubda mükəmməl şəkildə əks etdirmişdir.
Edebiyat
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019910 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Puan vermedi·96 syf.··
2024 21. kitabı
Hər bir Azərbaycanlı bu əsəri mütaliə edib düşünərək təhlil etməlidi oxuduqdan sonra uzun müddət təsirindən çıxmaq mümkün olmur.Nəinki Azərbaycanlı hər bir insan bu əsəri oxumalı və dərk etməlidi.Sevil obrazı ədəbiyyatımızda yeni bir obraz idi eyni sonradan İlyas Əfəndiyevin "Səriyyə" obrazı kimi idi hər ikisidə ədəbiyyata yeni bir nəfəs gətirdi mənim fikrimcə.Və əsərə gəldikdə əsərdə Sevil həyat yoldaşı Balaşın əsiri olmuş haldaydı və əsərdə xüsusilə çadra məsələsi çox dərin bir şəkildə işlənib.Burda əslində müəllif çadranı həm Balaşın Sevilə həmdə patriarx cəmiyyətlərin qadına qarşı yaratdığı məhdudiyyətin simvolik əşyası kimi göstərib.Və buna görə Sevil çadrasıyla birlikdə onu bu əsarət həyatına məhkum edən qaydlarıda yıxıb keçdi.Eyni zamanda əsərdə Sosializmin tərənnümüdə çox aydın duyulur lakin bu əsərə xələl gətirmir çox gözəl dərin bir əsərdi hər kəs oxumalıdı
Edebiyat
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020621 okunma
Puan vermedi·122 syf.··
2024 20. kitabı
Bu hekayə həqiqətən insanın qəlbin qubar edib və onu düşündürəcək bir əsərdi.Xəyanət,ailə ,fədakarlıq sədaqət çox ustalıqla əks etdirilib.Aslan obrazı yalnız bu hekayədə deyil müəllifində qeyd etdiyi kimi hamımızın ailəsində həyatında olan bir obrazdı.Həyatda çoxumuzun həyatında belə fədakar insanlar yaşayır onlara nadirdə olsa təsadüf edirik.Və çox təəsüf ki bizdə özümüz görə bilməsəkdə belə insanlara əksər hallarda ya Fərhad kimi yada Gülzar kimi davranırıq.Əslində heç gözləmədiyimiz halda bəzən həyat bizi elə sovurur ki bəzən Fərhad bəzən Aslan bəzəndə Gülzar ola bilirik.Bu əsər mənə fədakarlıq barəsində düşündürdü yenə.İnsanlar fədakarlığı qürur verici bir şey zənn edir buna nümunə olaraq desək Aslan Fərhadı oxutmasaydı getsəydi əgər insanlar onu qınayacaq tənqid edəcəkdi və Fərhadın səfil həyatı olacaqdı.Amma bunun əksi oldu Aslan Fərhada həyatını verdi lakin Fərhad Aslanın həyatını aldı.İndi toxunmaq istədiyim məsələ burdadır ki fədakarlıq gözəl və qürur verici bir hal deyil insan bir müddət sonra özünü qarşındakına qurban verməyə başlayır və nəticədə öz həyatını məhv edir.Bunun ən gözəl nümunəsi Aslandı.Aslanın fədakarlığından bəhs etdik lakin Züleyxanında fədakarlığın göz ardı etmək mümkün deyil.Aslan pis olmasın Hacı ona baxmağa davam etsin deyə(o elə düşünürdü)Əsgərlə sevmədiyi halda evləndi psixoloji şiddətə məruz qaldı uzun illər.Əslində burada müəllif sadiq insanların Aslan kimi insanların fədakarlığın necə qədrin bildiyini göstərib. Fərhad kimi insanlarınsa yəni öz şəhvətinin əsiri olan insanların fədakarlığa necə qiymət verdiyini göstərməyə çalışıb.Bu hekayə fədakarlığın və həyatın əsl üzün göstərir.
Edebiyat
Aslan və FərhadCafer Cabbarlı · Gənclik Nəşriyyatı · 1980136 okunma
Puan vermedi·70 syf.··
2024 17. kitabı
Korku bu kadar iyi anlatılamazdı. Adeta okuyucuya kitabda korkuyu yaşatıyor ve sonu çok şaşırtdı beni.Karaktere gelince İrenenin duyguları o kadar incelikle işlenmiş ki tek kelimeyle muazzam. İrene yapmacık sahte Burjua hayatının bir parçası olmuş kendini unutmuşdu.Yaşadığı ilişkide aslında bu sahtelikden çıkmak için atılan bir adımdı ve sonra bu adımının anlamsız bir adım olduğunu anladı bir tiksinme duydu eski burjua hayatına ve yasak ilişkisine.Çünki eski burjua hayatında kendi çocuklarından bile uzaklaşmıştı kadından korktuğu için evden çıkamadığı zamanlarda ev halkı çocuklar rahatsızlık duymaya başlamışdı ondan işte o zaman kendide anladı kendi hayatına ne kadar uzak olduğunu .Daha sonra korkuyla beraber hayatı sevmeye zevk almaya başladı şantajcı kadından korktuğu için parayla zaman alıyor hayatı o zaman anlıyordu ve anladıkca hayat daha değerli oluyordu onun için
Edebiyat
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022125,1bin okunma
Puan vermedi·208 syf.··
2024 16. kitabı
Kitab mənə çox təsir etdi ,xüsusilə Bruno və Şmuel obrazları məni çox təsirləndirdi sonlarıda dosdluqları kimi birlikdə oldu .Məni ən çox kədərləndirən son hissədə Brunonun ölüm otağına gedərkən hələ də ümidinin olmağı Şmuelində (bəlkə də o da bunun fərqində deyildi yəni öləcəklərinin )Brunonun əlindən möhkəm tutması oldu.Bu əsər məncə hər insana insanlığını xatırladacaq onların qəlbini qubar edəcək bir əsərdi.Böyük ehtimal mən uzun müddət bu əsərin təsirindən çıxa bilməyəcəyəm...
Edebiyat
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202050,7bin okunma