Bir dəfə demişdim ki, oxuduğum kitab sayısı qədər həyat görmüşəm, el gəzmişəm, cild dəyişdirmişəm. Huzursuzluğu da bitirəndə neçə cür din dəyişdirdim gəldim..
Kitab nə qatdı, o öz yerində, təhlil gününə qalsın. Mən başqa bir şeydən danışacam; "Öz halında, səssiz-sakit insan olmaq" dan.
Oxudum və gördüm ki, öz halında olan insanların başına bəlalar gəlirmiş.
Mən, heç vaxt öz halında qadın olmaq istəməmişəm. Uşaqlıqdan bəlli imiş, xarakterim. Dərdlər içinə dünyaya gəlmiş, ilk qovuşacağı sinədən ayrı düşən mən körpə, sakit, güclü, baxışları zəhmli olmuşam. Acımın kiminsə görməsinə imkan verməmişəm. O dərəcə ki, aylıq körpə ikən belə vurulan peyvənddən heç vaxt ağlamamışam. Ümumiyyətlə, məni ağladan əlimin kəsilməsi, vurulan iynə, ayağıma batan tikan olmayıb. Maddən incidən şeylərin bir gün bitəcəyini mən daha işıqlı günə çıxanda öyrənmişəm. Mənən incinən yaraya isə heç nəyin təsir göstərmədiyini bildiyimdən çarəsizcə tökülürmüş yaşlar. Orta məktəb vaxtları mentalitetin əlləri çiynimdən basıb əzməyə çalışıb, yerimə oturtmağa çalışıb, amma mən təpik vurub oturacağım kreslonu da aşırmışam. Yenə də öz bildiyimi oxumuşam. Ona görə də anam deyir ki, səni rahat buraxmayan, başına bəla açan iki şey var: oxumağın və dilin. 🌝 Elədir, anam heç vaxt yalan danışmaz, susduğu anlarda belə.Qadınlara zəif deyən kişilərin tarixini araşdıranda özlərindən daha zəif kimsələr tapa bilmirəm.🙃 İşgəncələrə məruz qalmaq nədir bilməyən, boyunduruq altına keçmək, nigahına düşmək, namusu olmaq kimi qatilimiz olan kəlmələr onlara yaddır.Ən kiçik işgəncədə əlləri əsib, sinir pozğunluğu başlayan bu kişilərə inad, bizə edilən tacizlərə, təcavüzlərə, maddi-mənəvi şiddətə rağmən ayaqlarımız üstə durub, üstəlik gülümsəyirik də. Söhbət övladımızdan, onlara ana olmaq məcburiyyətində qaldığımız kiçik