Sitare Vüsal

Sitare Vüsal
Azerbaycan dili ve edebiyatı öğretmenliği
Hazar universitesi
5 Kasım
70 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·160 syf.··
Beğendi
·
2020 26. kitabı
·
6 günde okudu
·
Okunma: 10 Nisan 2020 21:30
İstanbulda keçmişini gizlədib müasir yaşama güvənən İbrahim, uşaqlıq dostu Hüseynin ölüm xəbərini işlədiyi qəzetdə eşidərək Mardinə yollanır. Hüseynin həyatını araşdırmaq üçün baş vurduğu yolda öz həyatı da dəyişir. Özü ilə mübarizə aparan İbrahim, həyatı öncə məhəbbətə sonra ölümə yazıb, Mardində başlayıb Amerikada bitən Hüseyn, acıları bütün elə yayılan, öz südü ilə bəslənən Mələknaz; Livanelinin hariqə üç obrazı. Kitabı bitirəndən sonra uzun və ağrılı bir yuxudan oyandım sanki. Mardinə getdim. Neçə din dəyişdirdim. İbrahimlə yollara düşdüm, izlədim Mələknazı, Ayseli, Jolieni. Hüseynlə birgə mən də qızı evə gətirməyin yollarını axtardım. Dinləri ayırana, təbəqələşmiş həyatı dinləri bəhanə edib, min cür qayda çıxarıb daha da bərbadlaşdırana lənət oxudum. Amma hirsim heç kəsmədi. Ədalətsiz dünya deyib bağladım kitabı. Hamı gözlərini açıb həyata qayıdır,mən isə gözlərimi yumub özümə döndüm. "Mən bir insandım." deyən Hüseynə qarşı mən də "Mən bir insanam" deyə üsyanımı yazdım, yaşamağa söz verdim.
HuzursuzlukZülfü Livaneli · Doğan Kitap · 2017117,5bin okunma
10/10
·192 syf.··
Beğendi
·
2020 25. kitabı
·
5 günde okudu
·
Okunma: 04 Nisan 2020 19:17
Tarkovskidən belə bir cümlə var: Özünüzü, özünüzlə zaman keçirməyi yalnızlıq hesab etməyəcəyiniz şəkildə yetişdirin. Yalnız bir adamın hekayəsini oxuduğumu anladım, amma yalnızlığı sevən birinimi oxudum yoxsa yalnızlıqdan qurtulmaq üçün arayışda olan birisinimi, bilmirəm. Bəlkə də yalnızlıqdan qurtulmaq üçün arayışda olan birini oxudum. Aylak adam qəribə ab-havalı kitab idi. Baş obrazın adını sonlara yaxın öyrənməyim, mənə elə gəlir ki, bu ab-havanı yaratmaqda böyük təsir göstərib. Bu kitabda bəhs edilən mövzu budur: C adlı 28 yaşında bir kişi həyatının qadınını axtarır və o qadınla eyni anda yaşadığına inanır. Kitabın axırınacan da bu qadının axtarışında olur. Bu stildə yazılmış kitab ilə ilk dəfədi qarşılaşırdım. Yusuf Atılgan qələmindən ilk və gözəl kitab idi.
Aylak AdamYusuf Atılgan · Can Yayınları · 201970,9bin okunma
10/10
·304 syf.··
Beğendi
·
2020 24. kitabı
·
7 günde okudu
·
Okunma: 30 Mart 2020 22:40
Canım Uşaklıgil! Sən necə bizi kişi gözünlə, kişi ruhunla bu qədər mükəmməl təsvir etdin? Sən necə bu qədər yanan ürəkləri bir kitaba topladın? Etmə canım, bizə - oxucularına da yazığın gəlmədi? Atasının ölümü ilə başsız qalan ailəsini dolandırmaq üçün on işdə birdən çalışan Əhməd Cəmil və həyatından; həm maddi, həm də mənəvi həyatından söhbət gedir. Kitab o qədər mükəmməl qələmə alınıb ki, oxuyarkən özünüzü kitabda keçən illərdə hiss edirsiz. O qədər yaralı ürək bir yerə yığışıb ki, o qədər məzlum, bədbəxt var ki, bilmədim hansına ağlayım. Zaman-zaman Əhməd Cəmilin yerinə sevgisini etiraf etmək istədim, bəzən Racinin bədbəxt yoldaşına ; 'O kağızları, uşağını götür get, qurtul.' demək istədim. Bəzən də İkbali çəkib kənara ; 'Haydi, tök içini!' deməyim gəldi. Amma bunlar faydasız oldu: sevgi etiraf olunmadı. Racinin yoldaşı bədbəxt rəngli o həyatda qaldı. İkbal da sonacan dərdlərini ürəyində saxladı. Heç kim kömək ola bilmədi, heç kim! Halid Ziya Uşaklıgil, qələminə bayıldım. Başqa kitablarında qarşılaşmaq, bir-birimizə çiyin olmaq diləyi ilə!..
Mai ve SiyahHalid Ziya Uşaklıgil · Kaldırım Yayınları · 201634,7bin okunma
3/10
·176 syf.··
2020 22. kitabı
·
4 günde okudu
·
Okunma: 24 Mart 2020 18:50
Kitabı alanda nə fikirləşdiyimi unudacaq qədər uzun zaman olub. "İndi vaxtdır, oxuyum." deyərək əlimə aldığım bu kitabı peşman olaraq bitirdim. Ax, Nebi Yıldız, neylədin sən?! Kitabın adını görüb 'Allahı (c.c) oxuyacağam' deyirdim, amma kitabın içində heç Allah (c.c) yazılan bir cümlə belə yox idi. Özünüinkişaf kitabının içinə düşdüm, yenə. O qədər böyük xəyal qırıqlıqları ilə doldum ki, Yunus Oranın 'Sen O'na aşıksın' kitabına şükür elədim. "Güçlüsün, moralini bozma, yanılma, kendini sev, güçlü kal!" deyə bəsit başlıqlar altında bayağı cümlələrin toplandığı bir kitab idi. Altını xətlədiyim tək-tük yerlər də elə qadınlarla bağlı bir-iki hissəydi, o da nə yazıçının, nə kitabın, sadəcə qadınların xətrinə.
Hayallerin Allah'a EmanetNebi Yıldız · Olimpos Yayınları · 2018806 okunma
10/10
·144 syf.··
Beğendi
·
2020 21. kitabı
·
16 günde okudu
·
Okunma: 24 Mart 2020 03:09
Mehmet Yıldız deyəndə, yəqin ki, çoxunun bir fikri olur. Mən, əslində, o qədər dini video izləyən birisi deyiləm ya da, artıq iki ildir heç deyiləcək qədər az izləyirəm. Artıq lazımi məlumatları dinləməkdənsə, oxumağa üz tutaram. Dinləyəndə daha rahat ağlımda qalır, ancaq virus düşsə hər an silinəcək məlumat kimi. Oxuyanda isə çətinlik çəkirəm, sanki məlumatı ss eləmirəm, xalça kimi toxunuram. Nəticədə isə ömürlük mənbə olur beynimdə. Bu dini video az izlədiyim iki ildə, sadəcə, Mehmet Yıldız və Harun Sərkan Aktaşa nəzər yetirdim. Artıq, həqiqətən, anlayıram ki, onlar mənə lazımlıdır və ya ola bilər. Kitabı nə qədər videolarına oxşatsam da, videolarını fasiləli izlədiyim üçün maraqsız gəlmədi. Bir də, dinləmək-oxumaq məsələsi də öz işini gördü. Riyaziyyat müəllimi olan Yıldız, elmlə dini eyni kitabda görüşdürdüyü üçün çox uğurlu hesab etdim. Oxuyarkən qram sıxılmadım. Kitabdakı açıqlamalar, Hr. Məhəmmədlə (sav) bağlı hekayətlər, sxemlər, fizika ilə əlaqədar şəkillər, ayələr, həqiqətən təqdirə layiq idi. 143 səhifəlik kitabda Cemel vakıasını, İfk vakıasını, Ebu Talha və ailəsinə enən ayənin izahını, Kılleti, manik depressiv mövzusunu və daha bir çox vacib məsələni cəmləmək böyük bir məharətdir.
Başlarım Senin AŞKınaMehmet Yıldız · Hayykitap · 20181,367 okunma