Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seyali Mustafayeva

Seyali Mustafayeva
@Seyali21
Həsrətin araya atdı dağ, dərə, Sönən işıq oldun, batan səs oldun. Qayıt, mənim gülüm, qayıt bu yerə, Ey mənim istəyim, nə gəlməz oldun. Ümidlər, arzular pərən pərəndir, Qəlbə təsəllidir xatirələrim. Bir halını soruş, könlümü dindir; Axşamlar yadıma düşür səhərim. Qayıt, mənim gülüm, yerbəyer elə Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm evə, Düz öz qaydasıyca küçələri sən. Qayıt, yerinə qoy Ayı, Günəşi- Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı.
Reklam
Rəssam,sevgilimin rəsmini gəl çək Sevgilim gözəldir,sən də gözəl çək Nazına çatanda fırçadan əl çək Qoy onun nazını mən özüm çəkim.. Mikayıl Müşfiq
Mən şirin ləhcəli bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm Məni öz canından artıq istəyən Ellərdən küsərəm,səndən küsmərəm.. Mikayıl Müşfiq

Okur Takip Önerileri

Tümünü Gör
Cahan ki, solmayan bir bağça-bağdır, Burda rəvamıdır gülmədən ölmək! Yazıq o şəxsə ki, qaraqabaqdır, Nə qədər yaraşır insana gülmək! Mikayıl Müşfiq
Qoy desin dünyanın el aşıqları Bu şövqü kim mənim ruhuma yaydı, Donardım, gözünün şən işıqları Qəlbimin camında qırılmasaydı.. Mikayıl Müşfiq