Shade

Shade
Chaplin'ə həm ağlayır,həm gülürəm
Hаyаtınа, ilеrdе sаnа аcı gеtirеbilеcеk hiçbir şеy kаtmа. (Emilе Zorа)
Hayat
Shade
ne yazık ki bunu tahmin edemiyoruz bazen
Reklam
Artıq 1 aydır ki, əlimə kitab almıram, ala bilmirəm. Necə acı bir hissdir.. :(
Shade isimli okura yanıt verildi
Shade
elə şeylər keçdi ki
Qaraqan
8/10
·63 syf.·
2020 6. kitabı
Qaraqan? HOST? uşaqlığımın ənn içtən xatirəsidir Qaraqan. Səhnəni tərk etsə belə, rep'ləri yaddaşımızda dərin iz qoydu. O sadəcə çox sevilən 'reper' idi. Gələk kitabına. Bu kitabı bir dəfə yarım saxlamışdım. Ilk səhifələrdə gözləntilərimin düşdüyünü hiss etdim və davam edə bilmədim. Indi isə oxuyub bitirdim. Ehh qaraqan bu sonluq məndə qarışıqlığa səbəb oldu. Qarışıq və qarışıq və yenə də qarışıq... Kitabda elə fikirlər oxudum ki, həqiqətən də çox bəyəndim. Əslində gənclərimizin nə istədiyini qaraqan çox gözəl anlamış və çarəsizlərə dəstəyini burda da göstərmişdi. Ama yenə də, əsərə qaraqanın kitabı kimi deyil sadəcə bilmədiyim şəxs kimi yanaşsam, bədii cəhətdən mənə xoş gəlmədi. Təbii ki fikirlərini də tərifləməsəm olmaz. QARAQAN. Onu çox tərifləmək istərdim. Ama kitaba ədalətli yanaşmalıyam.
Edebiyat
AQaraqan · Qanun Nəşriyyatı · 20071,924 okunma
Kamran Səməd isimli okura yanıt verildi
Shade
haqlısınız
10/10
·552 syf.··
Beğendi
·
2021 150. kitabı
·
11 günde okudu
·
Okunma: 10 Aralık 2021 22:15
Bu kitabı təxminən 2 il əvvəl 100 səhifə oxuyub yarım qoymuşdum. Bilmirəm səbəbi bizim tərcüməmiz idimi, yoxsa "hər kitabın bir zamanı var" ifadəsinə uyğun olaraq yanlış zamandamı oxumağa başlamışdım. Nə isə. Kitaba təkrar bir şans verərək bu dəfə türkcə nəşrini oxudum... Kitab cinayət qurbanı olan bir ölünün sözləri ilə başlayır və 1591-ci ilin qış aylarının birində baş verən 9 günlük hadisədən bəhs edir. Bu hadisəni hər obrazın, hər əşyanın öz dilindən oxuyuruq(kitabın ən çox sevdiyim cəhəti bu oldu). Bir növ dedektiv əsər sayılan kitabda bir də qatil var ki, gözümüzün önündə olmasına rəğmən yazıçı bu qatili elə gizlədib ki, sona qədər kim olduğunu təxmin etmək olmur. Kitabda, həmçinin rəsm sənətinin gözəlliyi, əhəmiyyəti, həmin zamanlarda bu sənətə verilən dəyər ön plandadır. Başda qərəzlə yanaşsam da, sevərək oxuduğum kitablardan biri oldu. Oxuduqca gözümün önündə bütün boyaları ilə XVI əsrin İstanbulu canlanırdı. Yazı üslubu, yuxarıda qeyd etdiyim kimi hadisələrin ardıcıllıqla hər obrazın öz dilindən verilməsi çox xoşuma gəldi. Əsərin sonu isə xüsusilə gözəl idi. Kitabla qalın:)
Edebiyat
Benim Adım KırmızıOrhan Pamuk · İletişim Yayınları · 201220bin okunma
Vəfa Hafiz isimli okura yanıt verildi
Shade
bəyəndiyinə sevindim😍 mənim də oxumaqdan zövq aldığım kitab idi♥️
Reklam