Şahane

9/10
·237 syf.··
Beğendi
·
2023 2. kitabı
·
62 günde okudu
·
Okunma: 23 Şubat 2023 00:23
Kitabı bir dostumun tövsiyəsi üzrə alıb oxudum. Müasir zamanın varlıq içindəki yoxluq qavramına çox uyğundur. Həyatlarımıza baxsaq, xoşbəxt olmaq üçün bütün resurslara sahib kimi görünürük, ancaq bir tərəfdən də daxilimizdə adlandıra bilmədiyimiz bir şey bizi uçuruma sürükləyir. Sanki içdən-içə bizi yeyib bitirən, xırda kimi görünsə də bəzi hadisələrin zəncirvari necə böyük nəticələr yaratdığını anlamağımıza, basdırılmış duyğuların insan həyatına təsirlərini görməyimizə köməkçi olan axıcı bir kitab oldu.
İkinci Hayatın Tek Bir Hayatın Olduğunu Anladığında BaşlarRaphaelle Giordano · Yan Pasaj · 20171,422 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
9/10
·216 syf.··
Beğendi
·
2022 10. kitabı
·
45 günde okudu
·
Okunma: 27 Ekim 2022 00:00
Kimyagərdən həyatıma qatdıqlarım: İnsanın yeganə borcu var: Öz Yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək. Yadda saxla ki, nə istədiyini həmişə DƏQİQ BİLMƏLİSƏN! Öz Yolu ilə gedən insan hər şeyi bilir və bacarır. Yalnız bir şey həyata keçəcək arzuları imkansız edir - uğursuzluq qorxusu. Əgər bir şey inkişaf edirsə, onda onun ətrafında olan hər şey dəyişir. ___________________________________ Ala bilənə bir həyat dərsi rolunu oynayan kitab idi. Mütləq oxunacaqlar siyahısına əlavə edin deyərdim. Şahanədən Sevgilərlə
1000Kitap
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015246,6bin okunma
10/10
·122 syf.··
Beğendi
·
2022 8. kitabı
·
1 saatte okudu
·
Okunma: 05 Eylül 2022 14:54
Madam ki, bir gün öləcəyik onda yaşamağın nə mənası var? - sualına cavab üçün yazılmış bir kitabdır sanki… Bir nəfəsdə oxuya biləcəyiniz, sadə dillə yazılmış, axıcı bir romandır. Fantastik janrda yazılsa da, həyat reallığını çox gözəl şəkildə təsvir edib. Oxuduqca, xüsusilə sonsuzluğun sözdə mövcud olan bir məfhum olduğunu düşündürdü. Hamımız elə və ya belə şəkildə sonsuzluq axtarışında olarkən “bu həyatda sonsuz olan nəsə varmı?” sualını qulaqlara fısıldadı. Bir tərəfdən də İlber Ortaylının “İnsan geleceğini nasıl kurar?” kitabındakı ölçülü həyata göndərmə etdi sanki. Bəlkə də həyatın mənası elə ölümün varlığıdır. Bunu bilib, buna görə yaşamaqdadır. Bəlkə də yaşam ölüm olduğu üçün bu qədər dəyərli və şəhvətlidir. Madam ki, bir gün öləcəyik, yaşamın mənası da özümüzü ən gözəl ölümə hazırlamaq ola bilərmi?!
Hayat ve İnsan
Ölümsüz AiləNatalie Babbitt · İz nəşriyyatı · 04,069 okunma
İlber Ortaylı ilə həyat məktəbi!
10/10
·288 syf.··
Beğendi
·
2022 7. kitabı
·
45 günde okudu
·
Okunma: 04 Eylül 2022 10:01
İlber müəllimlə tanışlığımız bu kitabla başladı. Gələcəyim, getdiyim yol, qarşıma qoyduğum hədəflərlə bağlı ziddiyyətlər yaşadığım, vizyonumun bulanıqlaşdığı bir gündə kitab rəfimdə gözümə sataşdı və beləcə birlikdə gözəl bir səyahətə çıxdıq. Kitab haqda onu deyim ki, tam bir həyat dərsi dadını verdi. Universitetdə sadəcə leksiya oxumayıb, həmçinin həyat reallıqlarından da bəhs edib, bizə həyat dərsi keçən müəllimlərimə bənzətdim. Kitabın açar sözü isə: MARAQ və BACARIQ idi. Sanki həyatı içindən, dolu-dolu yaşamaq üçün insana marağın lazım olduğunu və bacarıqlarından düzgün istifadə etməyi öyrənməli olduğumuzun zəruriliyini fısıldayırdı. Kitabda oxuyub bəyəndiyim çox cümlə, çox mətn, rəhbərim ola biləcək çox hissə var. Aralarından biri var ki, unutmamaq üçün özümə daim xatırladacam! “Bir yeteneğin varsa onu kullanabilmelisin. Dahası onu kullanabileceğin yeri görmelisin. Ve mutlaka ölçülü bir hayat yaşa. Tüketmeyen, kirletmeyen bir hayat… Her esen rüzgarda savrulmayacağın, düzenli bir hayat… Neyi öğrenebileceğine, neyi yapacağına kendinin karar verebileceğin bir hayat…”
1000Kitap
İnsan Geleceğini Nasıl Kurar?İlber Ortaylı · Kronik Kitap · 20227,9bin okunma
10/10
·96 syf.··
Beğendi
·
2022 4. kitabı
·
4 günde okudu
·
Okunma: 21 Nisan 2022 18:21
Kesinlikle her kesin okuması gereken, güzel, akıcı, hayat bilgisi ve bunun yanı sıra duygu dolu bir kitap. 90-cı sayfadaki şiir için teşekkürler, sevgili Tagore!
1000Kitap
Kimse Bize Ait Değildir - Rabindranath TagoreNabi Resuloğlu · Destek Yayınları · 2022593 okunma