Səninlə birgəyəm, sənsiz deyiləm
Səninlə xoşbəxtəm, bəxtsiz deyiləm
Səninlə döyünür sinəmdə ürək,
Sənsiz vuran ürək deyildi gərək...
Səninlə bir çıxaq ömür yoluna,
Qollarım dolansın incə boynuna.
Məhəbbət bağında gül-çiçək əkək,
Birlikdə böyüdüb qayğısını çəkək.
Çiçəklər ömrümüzə bir bəzək olsun
Bizim məhəbbətə qoy şahid olsun.