shukurova.blog

shukurova.blog
@Shukurova_
Düne ait ne varsa, dünde kaldı cancağızım. Bu gün yeni bir gün
Bağışlamaqdan utanmayın, çünki bu acizlikdən və ya qorxudan irəli gəlmir.
Cahiliyyət cəmiyyətində pislyi pisliklə cavablandırmaq ümumi bir anlayış və əməl idi. Əksinə olan davranış tez-tez zəiflik və acizlik əlaməti hesab edildiyi üçün insanlar bağışlamaq əvəzinə cəzalandırmağı seçirdilər. Digər tərəfdən, Allahın bağışlaması Quranda müxtəlif məqamlarda ifadə edilir və bağışlamanın ilahi bir sifət və yüksək bir fəzilət olduğu bildirilir. Qurana görə, pisliyin mükafatı ona bərabər bir cəzadır və bu, ədalətin tələbidir. Heç bir cinayətkar daha çox cəzalandırıla bilməz, çünki bu, qəddarlıqdır. Digər tərəfdən, zülmə məruz qalan bağışlayarsa, “Onun mükafatını vermək Allaha məxsusdur”. Bu səbəbdən müsəlmanlar bu fəziləti mənimsəməyə və tətbiq etməyə çağırılarkən, “Bağışlasınlar və dözsünlər; Allahın sizi bağışlamasını istəməzsinizmi?” deyə əmr olunur. Hz. Peyğəmbərin əfv ediciliyi haqqında çoxlu hədislər vardır. Bundan əlavə, bütün əxlaq kitablarında bağışlamanın dini, əxlaqi və ictimai həyat baxımından əhəmiyyəti vurğulanır; Fərd və cəmiyyət üçün faydaları göstərilir. Quranda bağışlamanın şükür və şükr duyğularını hərəkətə keçirəcəyinə işarə edilir; Hz. Peyğəmbər də “Allah pisliyi bağışlayanı əziz qılar” buyurmuşdur. Ərəbcə “əziz” sözünün həm “şərəfli”, həm də “güclü” mənasında olduğunu nəzərə alsaq, bu hədisdə bağışlamanın faydasının kifayət qədər geniş olduğu görünür. Rəqib əl-İsfahani bağışlamanın verdiyi səadətin cəza ilə əldə edilə bilməyəcəyini və bu fəzilətin insanların cəmiyyətdə nüfuz qazanacağını bildirərək, bunu xüsusilə cəzalandırma gücü və imkanı olanların daha çox üstün tutmasını hörmətli bir davranış olaraq xarakterizə ediləcəyini demişdir.
Bağışla
shukurova.blog
Allah insanların günahlarını bağışlayıb, tövbələrini qəbul edərkən insanların biri-birilərini bağışlamağı bacarmaması nə acıdır. "Bu dünya bir pəncərədir, hər gələn baxıb gedər". Bir gün gedəcəyimizi unutmamalıyıq və qəlbimizi, vicdanımızı təmiz saxlamalıyıq, bağışlamağı da bacarmalıyıq)
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Puan vermedi·520 syf.··
2022 5. kitabı
·
28 günde okudu
·
Okunma: 13 Mart 2022 19:44
Xeyli vaxtdır bu kitabı oxuyuram. Əsasında kitabı belə uzun zamana yayaraq oxumaq yaxşıdır ya pisdir bilmirəm, hər halda romanın içində daha çox olursan deyə personajlara daha yaxın hiss eləyirsən. Martin Eden elə bir obrazdır ki, yəqin kitabı oxuyanda hamı onda özündən nə isə tapır, özününkiləşdirir. Mən də özümdə ondan nə isə tapdım. Əsas da dünyalaşmaq istəməməsi qismində tam olaraq eyni fikirləri paylaşıram Martla. Bu mövzuda əsas fərqimiz odur ki, onun bir istedadı var idi, mənim isə yoxdur. Martin o qədər inadkar bir insandır ki, kitabda mən onun elədiklərindən bezirdim, o eləməkdən bezmirdi. Ruth kimi bir adam üçün bu qədər didinməsi də Martin kimi bir adama yaraşası şey deyildi. O onsuz da Ruthu sevmirdi, o Ruthun ilahiləşdirdiyi ideyasını sevirdi. İkinci bir tərəfdən Ruth ağılla da seviləcək bir qız deyildi. Belə olan halda Martinin onun üçün bu qədər əlləşib-vuruşmasını ancaq və ancaq əvvəlki bilgisizliyinə verirəm. Beş cümləsindən biri Herbert Spencer olan bir adamın Ruthlara görə həyatını bərbad eləməsinə qarşıyam. Yeri gəlmişkən, Herbert Spencerin Əxlaq, zehin və bədən tərbiyəsi üstünə olan kitabını yarılamışam, doğurdan da bəyəniləsi fikirləri var. Kamyuya görə fəlsəfənin əsas üzərində durmalı olduğu şey həyatın intihar etməməyə dəyib-dəymədiyini tapmaqdır.Bu mənada Eden həyatında yaşamağa dəyər bir şey görmədi. Mən də onun kimi eləyərdim amma o məndən daha cəsurdur. Oğuz Ataydakı kimi: Ölmeyi bile beceremiyoruz, albayım. İşin qəribə tərəfi orasındadır ki, Martin arada sorğulayıre, bəs, mən bu kitabları satmamışdan qabaq, mən varlı olmamışdan qabaq niyə məni heç kim çağırıb bir qarın yemək vermirdi? Bu bəlkə də o vaxtlar üçün sorğulanmalı vəziyət imiş ancaq bugünkü gün elə hala gəlmişik ki, bunun tərsi olsa sorğulayacayıq ki, niyə belə oldu? Hər halda
Edebiyat
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135,3bin okunma
shukurova.blog
Çox maraqlı incələmə və yanaşmadır. Martin oxucunun iç dünyasını alt üst edir, qərarları ilə, Rutha olan bağlılığı ilə(əslində Ruthu yox, ilahiləşdirdiyi sevgini sevirdi, ona bağlı idi)). O qədər mükəmməl bir əsərdir ki, insan özünü Martinlə bərabər düşünərkən,olanları sorğulayarkən tapır. Belə bir cümlə var idi "Kütüphane dolduracak kadar yazmak, kendi hayatını kaybeden adama ne fayda sağlar?!" . Təkcə bu cümlə üstünə belə minlərlə fikir deyilə bilər)