Bənsiz də, əmin ol sizə rəhbərlik edən var: Qan püsküren, atəş savuran kinli krallar, Şahlar, ulu xaqanlar o çılğın dərəbəglər, Altın və qadın düşkünü divanə bəbəklər. Bin hiylə quran tilki siyasiler, o hər an Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan; Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, Onlar duruyorkən bəni təhqirə ne hacet?!