Həyatın insana nə gətirəcəyinin bilinməzliyi ilə vuruşanda bəzi zamanlar dayanmaq, sakitləmək, yaxud dayanmağa, ləngiməyə məcbur qalmaq həqiqəti bir çərçivə kimi baxdığımız divardan asır.
Divardan asılan o çərçivədə yazır: "Həyat çox zaman insana nəsə gətirmir. İnsan verdiyi qərarlarla o həyatı formalaşdırır." Ancaq həqiqətən, bəzi anlar, başımıza gələn bəzi hadisələr bizə çığırır ki, hər şey sizdən keçmir, sizlik deyil, əlinizdən gəlmir...
Elə anlar, elə hadisələr düşüncələrimizi təzələyirlər. "Təzələmək" də qəribə gəlir qulağa, "yenilənmək" mənasına gələn, amma buradakı cümlədə tamamilə dəyişmək kimi yazılan.
Nəsə..
Deyirəm axı, mən yaşadıqlarım və həyat yaşatdıqları birləşəndə olur insan ömrü! Mən də bu ömrün - mənə görə - hələ çox başlarındayam. Fəqət tələskənliyim yaxamı buraxmadığına görə, başdan ayaqdakı işin altına adımı yazmağa cəhd göstərirəm. Bu ciddi, amma yersiz cəhd məni digər lazımi işlərdən geri saxlayır, ləngidir..
Mən yenə də bir neçə qarpızı birdən tutmağa davam edirəm, yuxumdan, yeməyimdən verib işimdən alıram ki, başdan adıma nələrsə yazılsın, ömrün son yarpaqlarının düşməyini gözləməyim.. Bu yerdə həyat da girir araya ki, bəs mənim verəcəklərim necə olsun?! Onun da gətirdiyi kiçik sürprizlər könül bulandırır, həvəssizlik yaradır, yubadır işlərimdən..
Son dövrlər bu xoşagəlməz sürprizlər həyat şəraitimi dəyişdirib, duyğularımı dəyişdirib, lap ömrün qışında vəsiyyətini yazan adamın ruhuna, əhvalına salıb. Qəribədir, hər şeyə tələsən mən, bu əhvaldan çıxmağa elə də tələsmirəm. Necə olubsa, əvvəlcədən agah olub, deyəsən ki, bu bir balaca burulğandır və hələ burda qalmalı, hiss etməliyəm.
İndiki ruhiyyəm, mənə ikinci kursun payızını xatırladır.. Ancaq xoş xatırlatmadır, bir az darıxdırır, bununla belə yormur.
Qarışıq fikirlərimi həmişə dəftərə