Sitarə Vüsal

Sitarə Vüsal
@Sitarevusal
Yaşamaq üçün yeni dünyalar lazım!
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
5/10
·288 syf.··
2025 114. kitabı
·
20 günde okudu
·
Okunma: 27 Ekim 2025 00:00
Kitab insanın daxili parçalanması və mənəvi tənhalığı mövzusunu dərin şəkildə araşdırır. Baş qəhrəmanımız Harri Haller cəmiyyətlə uyğunlaşa bilməyən, öz içində iki fərqli şəxsiyyətin (insan və yalquzaq) mübarizəsini yaşayan bir insandır. Əsər oxucunu mövcudluq, mənəvi azadlıq, sənət və həyatın mənası üzərində düşündürür. Çox-çox dərin bir kitabdır amma təəssüf ki, mən o dərinliyə enə bilmədim. İllər sonra mütləq bir daha oxuyacam.
YalquzaqHermann Hesse · Parlaq İmzalar Nəşriyyatı · 20259,7bin okunma
Gunel Sadiq isimli okura yanıt verildi
Sitarə Vüsal
Günel, necə dərinlik yoxdur? Özü də artıqlaması ilə var. Siz düzgün dildə və nəşrdə oxumamısınız (((
9/10
·208 syf.··
Beğendi
·
2024 23. kitabı
·
14 günde okudu
·
Okunma: 30 Ekim 2024 00:00
“Kore Masalları” Koreya xalqının kollektiv şüurunu, mifoloji təfəkkürünü və əxlaq kodeksini əks etdirən topludur. Hər bir hekayə sadə görünür, amma dərin fəlsəfi qat daşıyır. Kitabda animizm, buddist düşüncə, konfutsi dəyərləri və xalq humoru bir-birinə qarışır. Nağılların mərkəzində insan və təbiət arasında harmoniya, ədalət və tale anlayışı, həmçinin xeyir və şərin dinamik tarazlığı dayanır. Məsələn: Pələng motivi (kitabın üz qabığında da var) – Koreya folklorunda həm qoruyucu, həm də cəzalayıcı ruhdur. Burada o, insanın qorxularını simvollaşdırır. Qoca və ruh hekayələri – ölüm və hikmətin birləşdiyi arxetipik obrazlardır. Ağıllı dul qadınlar, sədaqətli arvadlar, saf uşaqlar – əxlaqi idealların təcəssümüdür. Bu nağıllarda Qərb masallarındakı kimi romantik qəhrəmanlıqdan çox, sadə insanın müdrikliyi və səbirli həyat fəlsəfəsi ön plandadır. Hər hekayədə karma prinsipi hiss olunur: hər hərəkətin nəticəsi mütləq geri dönür. Yemək, heyvanlar və təbiət hadisələri — sadəcə dekor deyil, simvolik kodlardır. Məsələn, düyü “bərəkət”, ayı “səbir”, külək “qismət” deməkdir. Nağıllarda yumor və ironiya çox zərif şəkildə işlənib. Bəzən bir kəndlinin ağlı kraldan çox olur — bu, xalqın “aşağıdan yuxarıya tənqidi” formasıdır (satirik folklor elementi). Servin Sarıyerin tərcüməsi sadə, axıcı və ritmikdir. O, Koreya dilinin poetik quruluşunu qorumağa çalışıb. Mətnlərdə həm söz ritmi, həm də emosional temperatura saxlanılıb — bu, tərcümə baxımından uğurlu nüansdır. “Kore Masalları” sadəcə folklor toplusu deyil, xalqın ruhu ilə tanışlıq kitabıdır. Oxucu burada həm psixoloji dərinlik, həm simvolik düşüncə, həm də ruhani hikmət tapır. Nağıllar bizi uşaqlığa aparsa da, əslində böyüklər üçün tərbiyə aynasıdır. #aimraabooks
Kore MasallarıIm Bang · Kara Karga Yayınları · 2021138 okunma
hanifi yikilmaz isimli okura yanıt verildi
Sitarə Vüsal
Çox təşəkkür edirəm.
Puan vermedi·112 syf.··
2024 3. kitabı
Bu kitab, təsiri sonradan gələn alkoqollu içki kimidir. İnsanda dərin boşluqlar yaradır. Həyata bir çarxın parçası kimi yox, kənardan baxmağa yardımçı olur. Mütləq oxuyun demirəm, oxumağa cəsarət edəcək qədər sorğulama həddinə çatın sadəcə.
YabancıAlbert Camus · Can Yayınları · 2025137,5bin okunma
Sitarə Vüsal
Bu ay oxudum. Təsirindəyəm desəm, o deyil. Təsirində deyiləm desəm, o deyil. Belə bir kitab idi. İlk cümləsi ilə ön plana çıxarılıb həmişə. Amma kitabdakı "məni işlədiyim cinayətə görə yox, anamın dəfnində ağlamadığıma görə günahlandırırdılar" hissəsi daha çox qabardılmalıdır.
==GƏLƏRSƏNMİ==
Allahdan istəsəm qovuşaq deyə, Mənimlə birlikdə dilərsənmi sən? Yoluna rəngarəng gülləri sərsəm, Bir ömür yoluma gələrsənmi sən? Bütün duyğularım səndə cəmlənib, Sevgidən gözlərim yaşla nəmlənib, Birgə sevinclənib, birgə qəmlənib, Mənimlə ağlayıb, gülərsənmi sən? Dəniz kimi coşsam, daşıb çağlasam, Hər gün üsyan etsəm, ürək dağlasam, Başımı çiyninə qoyub ağlasam, Axan göz yaşımı silərsənmi sən? Ağakişi Çingizoğlu 16.08.2024
Şiir
Sitarə Vüsal
Belə vəsf edən şair oğlanların ancaq şəkli çatır bizə, deyəsən.) Qələminizə sağlıq👏