Qadınlara görə, Marusyanın indiki ağır vəziyyətdə yorğun, fağır, ələbaxan olmalıdır. Daha yaxşı olardı ki, xəstələnsin, əsəbləri pozulsun. O zaman bizim qadınların rəhmi gələrdi. Və hətta, şübhəsiz, ona kömək edərdilər. Əks halda? Əgər belə məğrurdursa, qoy özü dolansın... Ümumiyyətlə:
"Əgər mənim sənə rəhm etməyimi istəyirsən? O zaman, əvvəlcə sanin alçalmağından ləzzət duymalıyam!"