Galiba Taghiyeva

Galiba Taghiyeva
@Taghiyevag
Bir rəssam deyib ki, əgər insanın problemi yoxdursa, beyni avtomatik onun üçün problem yaradır. Məncə, çox insanın, xüsusilə də təhsilli, ərköyün, orta sinif ağ irq nümayəndələrinin "həyat problemləri" kimi nəzərdə tutduğu şeylərin səbəbi, sadəcə, narahat olacaqları daha önəmli çətinliklərin olmamağı ilə əlaqədardır. Deməli, vaxtınızı və enerjinizi səmərli istifadə etməyin yolu daha vacib və mənalı bir şey tapmaqdadır. Çünki mənalı şeylər tapmasanız əhəmiyyətsiz və axmaq şeylərlə beyninizi yoracaqsınız.
Sayfa 24 - Qanun nəşriyyatı
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Düşünən beyin fikir istehsal edir. Fikir istehsal olunduqca insan ətrafını sorğulamağa başlayır. Ətrafını sorğulayan insan diktatura rejimli idarəçilikdə ən qorxulu varlıqdır. Qalx, dövrə vur burada. Təkcə bu hücrədə bircə dənə cahil insan tapsan, gəl, de, yalançısan. Hamısı ən azı seminariya bitirmiş, ən çoxu xaricdə təhsil almış adamlardır. Diktatura silahı birinci, ziyalını biçir. Ziyalının biçildiyi cəmiyyətdə qorxu hakim olur. Qorxunun zəlil etdiyi kütləni isə hara istəyirsən yönəltmək olur.
Sayfa 115 - Parlaq imzalar
...zira bizim dünyamızda bir böyük həqiqət var:sən kim olursan ol, nə istəyirsən istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.
Sayfa 33 - Qanun nəşriyyatı
...amma bu cür məsləhət verən adam Ümumi Dili bilmir, zira bu dilə baş vuranda aydın olur ki, səhranın ortasındamı, yoxsa böyük şəhərdəmi fərqi yoxdur-həmişə bir insan digərini axtarır və gözləyir. Bu iki nəfərin yolları kəsişəndə, gözləri baxışanda keçmiş də, gələcək də öz mənasını itirir, yalnız bircə o an, o dəqiqə mövcud olur və dünyadakı hər şeyin bir əllə yazıldığına inanırsan. Bu əl qəlbində məhəbbət yaradır və sənin üçün əkiz ruhu axtarır; işlədiyindən, dincəldiyindən, yaxud xəzinə axtardığından asılı olmayaraq, bu hər kəs üçün belədir. Yoxsa insan nəslini ağuşuna almış arzuların heç bir mənası olmazdı.
Sayfa 105 - Qanun nəşriyyatı

Galiba Taghiyeva

, 1000Kitap'a katıldı.