Murad Dodo

Murad Dodo
@The_Dodo
Okumayı, dağları ve doğayı, fotoğraf çekmeyi, insanlarla bir şeyler paylaşmayı, yazmayı ve çayı seven biri
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
İçimizdə basdırdıqlarımız
10/10
·184 syf.·
Beğendi
·
2026 27. kitabı
Yazı yazmaq hər zaman insanı komfortunun kənarına çıxaran bir fəaliyyətdir. Ordakı obrazları hiss etmək üçün dərin empatiya bacarığının olması şərtdir. Yaxud da, olmayan şeyləri yazmaq üçün xəyal gücünün genişliyi tələb olunur. Adətən bütün yazarlar müəyyən yaşa çatmış, həyat təcrübəsi olan insanlar haqqında yazırlar. Bu kitabdakı qəhrəmanımız isə 5 yaşında uşaqdır. Bütün şərhləri də elə uşaq öz dilindən verir. Bu qədər içdən hiss edərək oxuduğum son kitab “kitab oğrusu” olmuşdu. Artıq şəkər portağalı birinci səviyyəyə yüksəldi mənim üçün. Amma niyə yüksəldi? Bax burası bir az mürəkkəbdir. İlk öncə müəllif uşaq psixologiyasına hakim olduğunu üstünə basa-basa hiss etdirir. Daha sonra yaşayış yerindəki hadisə və insanları izah etdiyi andakı detalçılığı çox xoşuma gəldi. İçimdən mən də gələcək də belə bir əsər yazsam nə xoş olardı deyə düşündüm. Ayrıca hekayəni sadəcə bir uşaqla kifayətləndirməyib. Başqa uşaqların da yaşayışlarını müqayisəli şəkildə göstərib. İkinci məsələ isə, sosial rifah səviyyəsinin insan və dolayısı ilə uşaq inkişafına necə təsirli olduğunu göstərir. Atanın rolunu icra edib etməməsi, ananın övladlarını şəfqətindən məhrum etdiyində nələr baş verə bildiyini də bizə xatırladır. Ən əsas məsələ isə valideynlərin valideyn olaraq kimliklərini yanlış yöndə istifadə etmələri və övladlarına haqqı olan sevgini vermədikdə, onların necə hiss etdiyini və gələcəkdə nələr ola biləcəyini çox gözəl şəkildə gözümüzə soxur. Gözümüzə soxur, çünki bunları kimsə gözümüzə soxmasa görmək istəmərik. Uşaqdır da, “qanmırlar, böyüyəndə yaddan çıxacaq, məni onsuzda sevəcək” tərzində olan yanaşmanın verdiyi arxayınlıqla onlara hər cür zərəri verə bilirik. Unutmayaq ki, cəmiyyətdəki bu qədər problemli insanların əsas səbəbkarları elə onların valideynləridir. Yəni onlar da bir
İnsanlar ve Duygular
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022275,2bin okunma
Frustrasiya
Puan vermedi·198 syf.·
2026 23. kitabı
Kitab haqqında gözləntilərim çox yüksək idi. Oxuduqda yavaş-yavaş hamısının suya düşdüyünün şahidi oldum. Malik Badri çox dəyərli İslam alimidir. Ancaq təfəkkürü qərb Psixologiya elminə rəqib göstərməyə çalışmaqla, qərb psixologiyasının digər şeylərə yanaşdığı kimi təktərəfli yanaşaraq faydalı olan məlumatları da qısa və aralıqlarla oxucuya ötürməyə çalışması məni frustrasiyaya uğratdı. Müqayisə üçün müəllifin digər kitablarını da oxuyacam. Fikirlərimi burada qeyd edəcəm.
Yaşamak
TəfəkkürMalik Babikir Bedri · Beynəlxalq İslam Fikri İnstitutu · 20203 okunma