Nermin Abdullayeva

Nermin Abdullayeva
@The_readelia
Bir cümlə səni, bir kitab həyatını dəyişə bilər
Puan vermedi
Universitet vaxtı oxuduğum kitabın rəyi ilə gəldim! Teodor Drayzerin “Kerri Bacı” romanı 18 yaşlı Karolin Miberin kənd həyatından uzaqlaşıb daha parlaq gələcək ümidi ilə Çikaqoya köçməsi ilə başlayır. Amerikan ədəbiyyatında naturalizmin ən güclü nümunələrindən sayılan bu əsərdə Kerri böyük şəhərin həm sərt reallıqları, həm də cazibədar imkanları ilə üzləşir. Zamanla müxtəlif münasibətlər və teatr fəaliyyəti vasitəsilə maddi rifaha və sosial uğura çatsa da, müəllif onun daxili dünyasındakı mənəvi boşluğu və tənhalığı ustalıqla vurğulayır. Drayzer personajlarını mənəvi mühakimə etmək əvəzinə, insanın sosial mühit, iqtisadi şərait və instinktlər tərəfindən necə idarə olunduğunu realist bir dillə təhlil edir. “Amerikan arzusu”nun parıltısı arxasındakı həqiqətləri göstərən roman, zənginliyin hər zaman xoşbəxtlik gətirmədiyini və insan taleyinin şəxsi iradədən çox, mühitin təsiri altında formalaşdığını nümayiş etdirir. Karakterlərin yüksəlişi və enişi üzərindən qurulan bu əsər, cəmiyyətin və maddiyyatın fərd üzərindəki gücünü əks etdirən dərin bir sosioloji tədqiqat xarakteri daşıyır.
1000Kitap
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014757 okunma
Reklam
Puan vermedi
Kitab, üsyankar və ailəsi ilə problemlər yaşayan bir gənc qızın hekayəsindən bəhs edir. Atasının qərarı ilə yay tətilini heç tanımadığı Aybars ailəsinin yanında keçirməli olan qız, əvvəlcə bu ailə ilə də qarşıdurma yaşayır, lakin zamanla onların yanında yaşadığı təcrübələr ona “ailə olmaq, sevmək və sevilmək” bunların nə demək olduğunu öyrədir. Hekayə, gənc qızın daxili dəyişimi, empati və bağışlama proseslərini mərkəzə alır. Rüzgar gülü imici, qəhrəmanın müxtəlif təcrübələrini və yaşadığı dəyişimi simvollaşdırır. Təhlil ; Kitab, xüsusilə gənc oxucular üçün axıcı və səmimi bir dildə yazılıb. Qəhrəmanlar arasındakı dialoqlar səmimidir. Mən ümumiyyətlə kitabı pozitiv, ilham verici və ürəyə toxunan bir gənclik hekayəsi kimi qiymətləndirirəm. Hekayənin dili və üslubunu sadədir.
1000Kitap
RüzgargülüKübra Nur · Ren Kitap · 2023212 okunma
Puan vermedi
“Her Güne Bir Öpücük” – Kitabın Mövzusu və Şərhi Her Güne Bir Öpücük sıradan həyat sürən Stella Leonun hekayəsi ətrafında cərəyan edir. Stella, Mayamidə barmaid olaraq işləyir və həyatı Beau Junger ilə tanış olduqdan sonra tamamilə dəyişir. Beau, yalnızlığı sevən və qadınlardan uzaq duran biridir, lakin Stella ilə yolları kəsişdikdə həyatında gözlənilməz bir dönüş baş verir. Stella, təhlükəli bir mafiya üzvü tərəfindən təhdid olunarkən, Beaunun onu qoruma cəhdi ilə aralarındakı münasibət həm romantik, həm də gərginlik dolu bir hal alır. Kitab, sevgi ilə yanaşı gərgin tempi də birləşdirərək romantik ədəbiyyat sevənlər üçün sürükləyici bir macəra təqdim edir. Romanın üslubu axıcı və başa düşüləndir; bu sayədə kitab tez oxunur və oxucunu hekayənin içinə çəkir. Stella və Beau arasındakı münasibət klassik “qoruma və sevgi” dinamikası üzərində qurulsa da, uğurlu bir kimya ilə işlənmişdir. Kitab, romantizm və yüngül aksiyonu balanslı şəkildə təqdim edir; lakin dərin psixoloji analiz və ya ədəbi dərinlik axtaranlar üçün kifayət etməyə bilər. Klişe elementlər olsa da, personajların emosional inkişafı və hekayənin axıcılığı kitabın güclü tərəfləri sırasındadır. “Her Güne Bir Öpücük” gündəlik stressdən qaçmaq, romantizm və macəranı bir arada yaşamaq istəyən oxucular üçün ideal seçimdir. #kitapyurdu #kitapyorumum #bookreading #bookrewiew
Rachel Gibson
Rachel Gibson
Aşk
Her Güne Bir ÖpücükRachel Gibson · Nemesis Kitap​ · 2015112 okunma
Puan vermedi
Mövzu: Rachel Gibsonun “Aşktan Kareler” romanı Natalie adli bir qadının ətrafında cərəyan edir. Uzun səylərdən sonra hamilə qalan Natalie, yoldaşı Michaelin başqa bir qadınla münasibəti olduğunu ölkəni tərk etmə planı qurduğunu öyrənir. Michael ölkə xaricinə çıxmaq üçün bankdan pul pul ogurlayır və həbs olunur. Natalie tək ana olaraq uşaqlığının keçdiyi Truly kəndinə qayıdır. Burada həyatını yenidən qurmağa çalışarkən yeni qonşusu Blake ilə yolları kəsişir. Onlar arasında güclü bir cazibə var, amma Blake ciddi münasibət qurmaq istəmir. Roman, Natalienin emosional mübarizəsi və Blake ilə yaşadığı sevginin enişli-çıxışlı tərəfləri ətrafında davam edir. Təhlil : Bu kitab klassik bir romantik hekayə kimi başlayır, amma Natalienin özünü axtarışı və Blake ilə münasibəti, sıradan bir sevgi hekayəsindən daha çox dərinlik qatır. Personajların real duyğuları və keçmişdən gələn yaraları empatiya yaradır. Romanın güclü tərəfi, xəyanətdən sonra yenidən ayağa qalxmaq və ikinci şansın dəyərini göstərməsidir. Lakin bəzi bölümlərdə hekayə bir az təxmin ediləbiləndir və klişe romantik konfliktlər ön plandadır. Yenə də emosional intensivliyi və personajların səmimiyyəti kitabı oxumağa dəyər edir.
1000Kitap
Aşktan KarelerRachel Gibson · Martı Yayınları · 2016196 okunma
Puan vermedi
İçimdeki Yaz, Brenda Novakdan oxuduğum ilk kitab. Mövzu : Kalli ağır qaraciyər xəstəliyi ilə üzləşəndə həyatını sadələşdirməyə çalışır elə bu anda keçmişi problemlərlə dolu Leviylə yolları kəsişir. Təhlil : Hekayə gücü iki sınmış insanın bir-birinə tutunması ətrafındadır. Callienin həyatını itirmək qorxusu, tənhalıq və çarəsizliklə mübarizəsi kitabı adi bir romantik roman olmaqdan çıxarıb daha emosional bir hala gətirir. Yan obrazlar və onların münasibətləri də hekayənin təsirini artırır. Kitanın zəif tərəfi də var. Belə ki, süjet bəzən romantik klişelərə söykənir məsələn, “yaralı kişi + kövrək qadın” bu çox da orijinal deyil. Bəzi şeylər səthi qalır. Buna baxmayaraq, romantik və ümid hissini aşılayan bir romandır. Dramla sevgi qarışımını sevirsinizsə təsirli ola bilər, amma dərin, psixoloji və realist bir sevgi hekayəsi axtaran oxucular üçün sıxıcı ola bilər. #sitat #kitapyorum #yorum #kitapyorumları
Aşk
İçimdeki YazBrenda Novak · Martı Yayınları · 2020173 okunma
Reklam