Nermin Abdullayeva

Nermin Abdullayeva
@The_readelia
Bir cümlə səni, bir kitab həyatını dəyişə bilər
Puan vermedi
Molly Nerede H.D. Carlton Yenə mən yenə bir H.D carlton kitabı. Bu yazıçının kitablarını oxuyarkən görəsən bundan artıq nə yaza bilər deyirəm və hər dəfə daha artığı olur. Sadəcə bu dəfəki kişi obraz Zade obrazına görə daha soft, qadın obraz isə Adelinaya nisbətən bir az dominant xarakterə sahibdir. Kitabı oxumazdan əvvəl deyim ki, içində ş*ddət, narahat edici ünsürlər var. Ürəyi zəiflər uzaq dursa yaxşı olar. Kitabın mövzusu m*ddə aludəç¡s¡ olan iki valideynə sahib və kiçik bacısını onlardan qorumağa çalışan qızın ist¡rmarçılara satılmağı və daha sonra xilas olub yeni səhifə açmasından bəhs edir. Molly və Cage ikisinin bir-birinə uyğunluğu mükəmməldir. Cagenin hər zaman Mollyni dəstəkləməsi, onu cəsarətləndirməsi çox gözəldir. Mollynin duyğularından qaçması, lakin sonra qəbullanması Cage ilə münasibətlərinin formalaşdırması gözəl şəkildə qələmə alınıb. Kitabla bağlı sevmədiyim tək şey tərcümədir. Tərcümə zəif idi. Bəzi yerləri çətin anladım. Ümumilikdə kitabı sevdim. Tövsiyə etməyə qorxuram, çünki hamının sevəcəyi bir kitab deyil.
1000k
Molly NeredeH.D. Carlton · Lapis Yayınları · 2024236 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
“İnsanı tənhalıq ö!dürər.” “Bir yuxu varsa, onun uğrunda ölməyə dəyər.” “Bir gün bizim də öz yerimiz olacaq, tarlamız, evimiz, heç kim bizə əmr edə bilməyəcək.”
Alıntı
Puan vermedi
Siçanlar və Adamlar John Steinbeck John Steinbeck-in “Siçanlar və Adamlar” əsəri, insanın ən dərin tənhalıq hisslərini, xəyalları və dostluğu izah edən təsirli bir hekayədir. Kitabda Lennie və George-un hekayəsi vasitəsilə insan münasibətlərinin incəliklərinə toxunulur. Bu iki obrazın bir-birinə olan bağlılığı, onlara yalnızlıqdan qaçmaq üçün dayaq verir. Lakin əsər, insan arzularının sərt gerçəkliklə üzləşdiyi bir dünyanı təsvir edir. Lennie və George-un birgə xəyalları – kiçik bir fermaya sahib olmaq, öz azad həyatlarını yaşamaq – həyata olan ümidi əks etdirir. Lakin bu yuxunun reallaşması mümkünsüzdür, çünki dünya zəiflərə qarşı mərhəmətsizdir. Əsər boyu verilən “İnsanı tənhalıq ö!dürər” mesajı, xüsusilə, bu gerçəkliklə üzləşən personajların həyatlarında öz əksini tapır. Steinbeck oxucuya göstərir ki, insanın ən böyük ehtiyacı anlayış və dəstəkdir. Həyat nə qədər sərt olsa da, arzular və dostluqlar bizi irəliləməyə ruhlandırır. Amma bu arzular bəzən çatılması mümkün olmayan bir xəyal olaraq qalır və həyatın kədərli reallığı ilə bizi üzləşdirir. Beləliklə, əsər insan təbiətinin həm güclü, həm də zəif tərəflərini ustalıqla təqdim edir.#siçanlarvəadamlar
Duygu ve Düşünce
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,6bin okunma
Alıntılar : “Aile bazen taşıyamayacağımız yük gibidir, Lucas.” Şu dünyada iki tür kadın vardır derdi annem. Hırsları için dünyayı yakanlar ya da aşkı için kendinden vazgeçenler. Ben hangisiydim ? Duygular savaşmayı severler ve kalp daima onların yanındadır. Elinden geldiği kadar karşı koy. Mağlubiyetini geciktirmek seni sadece yıpratır.
Alıntı
Puan vermedi
Gümüş Taht Buşra Balçık Çoxdan oxuduğum, lakin təhlil etmədiyim daha bir kitabla gəldim. Bu kitab o qədər mənlik idi ki… Dark romance oxumağa başlamaq istəyənlər və ya fikrim dağılsın, əylənim deyənlər üçün çox yaxşı bir seçimdir. Kitab gözlədiyimdən də axıcı bir şəkildə irəlilədi. Yazı nə çox sadə, nə də təsvirlərə boğulmuşdu. Hər şey yerli yerində idi. Kitabın ilk yarısı mənim üçün hadisəli, amma olaylardan kənar keçdi, amma ikinci yarısı çox yaxşıydı. Personajlar arasındakı çəkim, xaoslar, sirrlər… Kitab boyunca ən çox bəyəndiyim şey isə Lucas və Heranın tamamilə bir-birinin ruh eşi olmaları idi. Kədərləri, qorxuları, hiss etdikləri, hətta yara izləri belə… bir-birinə bu qədər bənzəmələri və onların bunu yavaş-yavaş kəşf etmələri çox gözəl idi. Hera xaricdən baxıldığında sərt biri kimi görünsə də, içdən içə o qədər yaralı idi ki. Duyğusuz bir həyatın içinə atılmış və hiss etməyi belə yalnız Lucas ilə öyrəndi. Onların özlərini tanıması və bir-birilərinə özlərini tanımağa icazə vermələri çox gözəl idi.
Aşk
Gümüş TahtBuşra Balçık · Martı Yayınları · 2024118 okunma