Nermin Abdullayeva

Nermin Abdullayeva
@The_readelia
Bir cümlə səni, bir kitab həyatını dəyişə bilər
Yad Qadının Məktubu
Puan vermedi
"Naməlum qadından məktub" 1922-ci ildə Stefan Zweig tərəfindən yazılmış təsirli bir məktub hekayəsidir. Bu əsər ehtiraslı və valehedici tərzdə yazılmış, oxucuya dərindən təsir edən romantik hekayədir. Stefan Zweig bu əsərində emosional dərinlikdə və insan psixologiyasının incə ifadəsində ustalığını göstərir. Ömürlük sevginin təsirli şəkildə təsvir olunduğu bu məktubun sətirləri oxucunu duyğusal səyahətə çıxarır. Hekayə kişinin həyatına daxil olan, onu valeh edən, arxasında iz qoyan qadının məktublarından ibarətdir. Bu məktublarda sevgi və kədərin ürək döyüntüsünü əks etdirən məqamlar var. Fikrimcə bu məqamlarda yalnız sevgi yox həmdə takıntı hissini duymaq mümkündür. Zweig Belle Époque dövründə Vyanada keçən bu hekayədə emosional mürəkkəbliyi ustalıqla əks etdirir. O, personajların daxili aləmlərini, emosional həyəcanlarını və yaşadıqları sevginin dərinliklərini səmimi şəkildə təqdim edir. “Naməlum qadının məktubu” ədəbi ustalıqla yazılmış dərin məzmunlu, təsirli və unudulmaz əsərdir. Stefan Zweiqin gərginlik, takıntı, sevgi və faciənin incə tarazlığını ustalıqla əks etdirdiyi bu hekayə oxucuları valeh edir və dərindən təsirləndirir. Bilinmeyen Bir Kadının Mektubu
Duygu ve Düşünce
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,7bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?

Nermin Abdullayeva

, 1000Kitap'a katıldı.