Kitaba verdiyim bal 9
Çox sevərək oxuduğum bir kitab idi.
Kitab heç bir səbəb olmadan həyat yoldaşının üzünə 5 dəfə atəş açaraq öldürdükdən sonra susmuş sirli qadının və onu buna səbəb olan hər şeyi üzə çıxarmağa çalışan bir terapevtin sarsıdıcı və şübhəli hekayəsindən bəhs edir.
Hekayədə daddy issues, dram, azca romantika, sirr, psixoloji gerilim var.
Kitabla bağlı sevmədiyim tək bir məqam var. Bu məqam hekayədə yer alan türkiyəli xəstə Elif obrazının agresiv və adamayovuşmaz kimi təsvir edilməsidir. Elifin səhnələrini oxuyarkən yazıçının qələmində irqçilik sezdim.Yerdə qalan hər şey-mövzu, kitabın axıcılığı, hekayənin insanlara verdiyi mesajlar və s. Çox gözəl idi.
Psixoloji gerilim sevən hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm. Sessiz HastaAlex Michaelides
“Bir sevgili seçmek, bir terapist seçmeye çok benzer. Kendimize şu soruyu sormalıyız: Bu kişi bana karşı dürüst olacak, eleştirileri dinleyecek, hatalarını kabul edecek ve imkansızı vaat etmeyecek biri mi?"