Alıntılar :
“Herkesi mutlu etmeyi istemek gibi korkunç bir alışkanlığım vardı, kendi mutluluğumu feda etmek anlamına gelse bile.”
“Uzun süre boyunca hayatınızda büyük bir yer teşkil eden birini bırakmak çok zordu. O kişi sizi bırakmayı reddettiğinde daha da zordu.”
“İnsanın sessizliğe nasıl karşılık verdiğine bakarak onlar hakkında birçok şeyi çözebilirsin.”
Kampus seriyaaı 3-cü kitab
Dean Di Laurentis, Briar Universitetinin yaraşıqlı və bir az da çapkın xokkey oyunçusudur. Partilər, əyləncə və bir gecəlik münasibətlərlə dolu bir həyat sürür. Allie Hayes isə onun tam əksidir – daha emosional və ciddi münasibət axtaran bir qızdır. Bir gecə yolları kəsişir və bu gecə hər şeyin başlanğıcı olur. Hər ikisi bu münasibətin keçici olduğunu düşünür, amma hadisələr başqa cür inkişaf edir.
Açığı deyim ki, bu kitab mənim seriyadakı favorim olmadı. Mövzu maraqlı olsa da, personajlarla aramda əlaqə qurmaqda çətinlik çəkdim. Deanin dəyişimini oxumaq maraqlı idi, amma onların münasibətində dərin bir sevgi hiss edə bilmədim. Daha çox səthi bir yaxınlıq kimi gəldi.
Yenə də kitabın dili axıcı idi, əyləncəli səhnələr vardı, xüsusilə Deanin zarafatları bəzi yerlərdə məni güldürdü, amma emosional baxımdan məni çox təsirləndirmədi. Seriyanın digər kitabları ilə müqayisədə bir az geridə qaldı deyə bilərəm.
Romantik komedi janrını sevənlər üçün yenə də xoş vaxt keçirə bilərlər, amma dərin və duyğusal bir sevgi hekayəsi axtaranlar üçün bir az məyusedici ola bilər. Elle KennedyHesaplaşma
“Həyatım fərqli olsaydı nə olardı?” sualını zaman-zaman hamımız düşünürük. Matt Haigin “Gecə Yarıs Kütüphanesi” məhz bu suala fokuslanır. Baş qəhrəman Nora həyatla əlaqəsini itirdiyi anda özünü arzularla dolu bir kitabxanada tapır; burada hər bir kitab onun fərqli bir həyatda necə biri ola biləcəyini göstərir. Xanəm Elm isə onun özünü tapmasına yardım edir.
Kitab məni dərindən təsirləndirdi. Özümü bəzən mən də Nora kimi hiss edirəm. Musiqi təhsilim yarıda qalıb. Ədəbiyyatçı olmaq istəyirdim, amma ingilis dili müəllimiyəm və s. Buna görə Noranın ümidsizliyi, keçmiş peşmanlıqları və daxili mübarizəsi mənə heç də yad deyildi. Bəlkə də məhz buna görə bu kitab təkcə bir bədii əsər deyil, eyni zamanda mənə gerçəkliyi sərt şəkildə göstərən bir güzgü oldu. Son səhifələri isə məni ağlatdı. Peşmançılıq edərək özümə çox haqsızlıq etdiyimi anladım.
Nora da mən “Veronika Ölmek İstiyor” əsərindəki Veronikanı da gördüm. Hər ikisi daxili bir səfərə çıxan, kövrək, amma güclü qadınlardır. Onların yaşadıqları ilə öz həyatım arasında bənzərliklər tapdım. İnanıram ki kitaba şans versəniz siz də özünüzdən bir parça tapacaqsınız. “Gecə Yarısı Kütüphanesi” yalnız bir “kaş ki” hekayəsi deyil, həm də həyatda qalmağın, özünü bağışlamağın və ən əsası, bu anı dəyər verməyin kitabıdır. Matt HaigGece Yarısı Kütüphanesi
“Səni qaranlıqda tapdım, amma indi sənsiz işığa çıxa bilmirəm.”
“Onun məni sevməsi xilas deyil, məhkumluq idi.”
İlk öncə onu deyim ki bu kitabı ürəyi zəiflər, travmaları və psixoloji cəhətdən həssas adamlar oxumasın.
“Haunting Adelina” (H.D. Carlton tərəfindən) qaranlıq romantika janrında yazılmış, oxucunu gərginlik və duyğusal dərinliklə bağlayan əsərdir. Kitab, obsesif sevgi, psixoloji tr@vmalar kimi ağır mövzuları araşdırır. Əsas qəhrəmanların mürəkkəb xarakterləri və bir-birlərinə qarşı duyduqları güclü bağ oxucunu hekayəyə cəlb edir. Əsər boyunca sevginin həm dağıdıcı, həm də qurtarıcı gücünü görmək mümkündür. Hər kəsin sevəcəyi kitab deyil məsələn mən ikincini oxumayacam.
Adeline’ın PeşindeH.D. Carlton