Nermin Abdullayeva

Nermin Abdullayeva
@The_readelia
Bir cümlə səni, bir kitab həyatını dəyişə bilər
Yüz Karası
Puan vermedi
15 illik evliliyinin xəyanətlə bitməsindən sonra doğma şəhərinə qayıdan Grace-in “kasabanın üz q@rası” adlandırılan Jackson ilə yolları kəsişir və bu qarşılaşma, onların hər ikisi üçün dönüş nöqtəsinə çevrilir. Kitabda sevginin sağaldıcı gücü, ikinci şanslar, ailə və özünü tanıma kimi mövzular çox incə şəkildə işlənib. Kitabda bəyənmədiyim heç bir şey yoxdur. Məni ən çox təsirləndirən tərəf obrazların daxili inkişafı oldu. Məsələn Gracenin öz dəyərinin fərqində olmağa başlaması kimi. Başda bəzi obrazların davranışlarına qəz.blə yanaşsam da, sonradan onların yaşadıqlarını düşündükcə empatiya qurdum. Məsələn Grace çox təsirə düşürdü və hətta yoldaşının xəy@nətini baxımsız olmağına və yaşadığı acıl@ra bağladı. Sonra anladın ki travmasına görə bele düşünür. İlk başlarda Jackson kobud olduğu üçün çox da bəyənmədim, amma yaşadıqlarını öyrəndikdən sonra onu sevməyə başladım. Kiçik yaşından atasına “ata”lıq etmək məcburiyyətində qalan və hamı tərəfindən uşaqlıqdan bull¡nqə məruz qalan biri nece kobud olmasın? Amma sən demə hər kəsin bəyənmədiyi o adam əslində yumşaq ürəyə sahib gözəl bir insanmış. Hər bir obrazın öz yarası vardı. (Finndən başqa) Yalnız Grace-in anasına qarşı anlayış göstərməkdə çətinlik çəkdim. Ana, hər şeydən əvvəl övladını düşünməlidir. Bacısı hər zaman Gracenin yanında olub bunu anasına başa salmağa çalışırdı. ( bu iki bacının bir-birinə dəstək olduğu səhnələr fav) Nəhayət özü bunu sonda dərk etdi. Daha sevmədiyim obrazlar Grace-in yoldaşı və atasından. Onların etdiyi xəyanət, nə anlayışla izah oluna bilər, nə də bağışlanmaqla. Ən çətin anlarda həyat yoldaşlarına dəstək olmaq yerinə əksini etdilər. Fikirlərimi ümumiləşdirəcək olsam “Yüz K@rası” yalnız bir sevgi hekayəsi deyil, eyni zamanda insanların iç dünyası, seçimləri və yar@ları ilə barışma
Aşk
Yüz KarasıBrittainy C. Cherry · Martı Yayınları · 20243,338 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Gotikana
“Sen, kalemi tuğla tuğla inşa ettiğim dağsın,” diye fısıldadı ona, gözleri yanarak. “Sen ayaktasın, ben yükselirim. Sen çatladığında, ben çökerim.”
Aşk
Gotikana
Puan vermedi
Gotikana oxuduğum ən fərqli kitablardan biridir. Kitabın mövzusuna, obrazlarına aşiq oldum. Hekayədə ətraf mühitin təsviri, Gotik ab hava mükəmməl şəkildə təsvir olunub. Mövzu belədir: Qeyri-adi qadın. Sirli adam. Köhnə qala. Axı... nə səhv ola bilər? Ömrü boyu kənarda qalan Korvina Klemm anasını itirdikdən sonra tək qalıb. Əsrarəngiz Verenmor Universitetindən qəbul məktubu aldıqda bunu kainatın bir əlaməti olaraq görür. Ancaq sirr, yalan və ölümlə dolu bir dağın üstündəki bu tənha qala onun gözlədiyi son şeydir. Bütün həyatı sirr olan Vad Deverell qapalı qutu kimi yaşamağı sevir, eyni zamanda universitetdə baş verən hər şeyi öyrənir. Tezis üzərində işləyən professor olmaqla yanaşı, o, qalanın yaratdığı təhlükələri biləcək qədər orada yaşayıb.Və Corvina ilə yolları kəsişəndə ​​gənc qadının onun üçün təhlükəli olacağını anlayır. Bir-birinin diqqətini cəlb etməməlidirlər. Bu qadağandır. Ancaq əsrlər boyu mövcud olan ürpərtici bir sirr onları bir araya gəlməyə məcbur edir. Yüz ildən artıqdır ki, insanlar hər beş ildən bir yoxa çıxırlar. Corvinanın bu işi həll etmək üçün çoxlu ipucu var. Bu vaxt, Vad ona diqqət yetirməlidir. Vad obrazının Corvinaya olan düşkünlüyü hər çətinliyin öhtəsindən gəlməkləri, Corvinanın Vadı öz dağı adlandırması çox xoş səhnələr idi. Kitabla bağlı deyəcək tək bir mənfi fikrim yoxdur. Gotik , mistik, qorxu və gerilim ab-hava sevən hər kəsə kitabı tövsiyə edirəm. Gothikana RuNyx
Aşk
GothikanaRuNyx · Martı Yayınları · 20221,876 okunma
Anlaşma
“Bir kere güvenmeniz gereken insan tarafından hayal kırıklığına uğratıldıysanız, kimseye sizin üzerinizde kullanabileceği bir kozu vermeye niyetli olmuyordunuz.”
Aşk
Anlaşma
Puan vermedi
Alıntılar : “Çocukluğumdan beri müzik benim için bir kaçıştı.” “Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.” Təhlil ; Elle Kennedy’nin Kampus seriyasının ilk kitabı “Anlaşma” nı oxumaq mənim üçün çox maraqlı və zövqlü oldu. Hekayə universitetdə baş verir və əsas qəhrəmanlar xokkey komandasında oynayan Garrett və musiqi ilə məşğul olan Hannahdır. Garrett dərslərində çətinlik çəkdiyi üçün Hannah-dan kömək istəyir, əvəzində isə ona bəyəndiyi oğlanın diqqətini çəkməyə kömək edəcəyini deyir. Amma bu “anlaşma” sonradan onların arasında gözlənilməz bir münasibətə çevrilir. Kitabın ən xoşuma gələn tərəfi onların münasibətinin tədricən dəyişməsidir. Başlanğıcda bir az tipik görünsə də, sonradan hər şey daha real və duyğusal olur. Garrett çox şirin və bir az da səfeh xarakterdədir, Hannah isə ağıllı və güclü bir qızdır. Onların dialoqları çox gülməlidir və oxuyanda adamı əyləndirir. Sadəcə romantik bir hekayə deyil, həm də hər iki obrazın keçmişdə yaşadıqları çətinliklərdən də bəhs olunur. Bu da onları daha yaxşı anlamağa və onlara bağlanmağa kömək edir. Həm güldürən, həm də kövrəldən hissələr var. Qısacası, gənclik, sevgi və universitet həyatı mövzusunda nəsə oxumaq istəyirsinizsə, bu kitab tam sizlikdir. Mən çox bəyəndim və oxumağa dəyər olduğunu düşünürəm. Elle Kennedy Anlaşma
Aşk
AnlaşmaElle Kennedy · Yabancı Yayınevi · 20163,170 okunma