Bitmiş bir şeyin arxasınca. Niyə gedirsən?
Əgər qorxaqlığın ən pis qüsur olduğu düzdürsə, çox güman, itin bunda günahı yoxdur. Bu qoçaq itin qorxduğu yeganə şey tufandır. Neyləmək olar, sevən sevdiyinin qismətini bölüşməlidir.
Bir də heç vaxt görməyəcəm! Bunu dərk eləmək lazımdır. Hətta biləndə ki uzaq yolun sonunda səni xoşbəxtlik gözləyir, yola çıxmazdan öncə adamı kədər bürüyür. Bu da çox təbiidir, elə deyilmi, messir?