Sevinc

Sevinc
@Towardsdreams
Life, dreams, and death.
Qəhrəman, yoxsa qatil?..
7/10
·116 syf.·
2025 15. kitabı
Kitab yazıçının ilk kitabı olmasına baxmayaraq, kifayət qədər uğurlu alınıb fikrimcə.Kitabın əsas üstünlüklərindən biri onun axıcılığıdır.Hadisələrin ardıcıllığı, dilin sadəliyi kitabı oxuyarkən yorulmadan son səhifəyə qədər aparır. Bu baxımdan, əsər oxunaqlılığı ilə seçilir. Hekayənin süjeti maraqlı qurulub. Sadəcə bədiilik baxımından müəyyən çatışmazlıqlar hiss olunur.Ancaq nəzərə alsaq ki, bu müəllifin ilk qələm məhsuludur, əsəri çox uğurlu hesab etmək olar. “Mənim qəhrəmanım olarsan?!” sadə, təsirli və eyni zamanda dedektiv və sevgi janrının hər ikisini bir kitabda axtaran oxucular üçün maraqlı bir seçimdir. Tövsiyə edirəm hər kəsə. :) Ehtiram Babaşov Sizə yazıçılıq yolunda uğurlar, Ehtiram bəy. Növbəti kitablarınızda görüşmək diləyiylə.)
Alıntı
Mənim Qəhrəmanım Olarsan?!Ehtiram Babaşov · Mücrü Nəşriyyatı · 202549 okunma
Reklam
Sükutun içindəki fəryad..
10/10
·277 syf.·
Beğendi
·
2025 9. kitabı
Leylanın həyatı sadəcə bir hekayə deyil, bir qızın sükut içində qışqıran fəryadıdır. Onun yaşadıqları, məhrum olduğu azadlıq, alçaldıldığı anlar, və bəzən heç bir işarə vermədən içinə yığdığı acı insanın ürəyini parçalayır...Onun səsinin kitab səhifələrindən bizə çatması, bəlkə də illərlə səssiz qaldığı, ancaq sonda səssizliyini pozma cəsarəti tapdığı andır. Əsər göstərir ki, müharibə yalnız silahlarla deyil, insanların ruhunu, arzularını və gələcəyini də dağıdır. Leylanın uşaqlığı, gəncliyi və qadınlığı əlindən alındı – nəinki zorakılıqla, həm də dünyanın səssizliyi ilə.Kitabı oxuduqca insanın sükutu pozulur, gözləri dolur.. "Leyla" bir insanın həyat hekayəsi deyil o, vicdanın səsinə çevrilmiş acı reallıqdır.
1000Kitap
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma
10/10
·514 syf.·
Beğendi
·
2025 7. kitabı
Roman qadınların cəmiyyət içindəki rolunu həm sosial, həm də psixoloji aspektdən göstərir. Bu həyat hekayəsi oxucuya qadının sadəcə ailə içində deyil, bütöv bir sistemin yükünü daşıdığı gerçəyini çatdırır.Əsərin baş qəhrəmanı Məsumə, dövlətin din və siyasi cəhətdən iki yerə bölündüyü bir dövrdə öz ailəsini qorumaq, övladlarına sabit bir gələcək vermək və bütün bunlarla yanaşı özünü itirməmək üçün mübarizə aparır. O, cəmiyyətin basqılarına rəğmən, təhsil almağa, daxili azadlığını qorumağa, sevməyə və sevilməyə çalışır. Əsərin dili sadə, amma təsirlidir. Yazıçı obrazın daxili dünyasına elə dərinliklə nüfuz edir ki, oxucu Məsumənin duyğularını öz qəlbində hiss edir. Onun kədəri, susqunluğu, üsyanı və nəhayət səssiz gücü bir qadının nə qədər möhkəm ola biləcəyini göstərir.
1000Kitap
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,406 okunma
Sadə insanlar, böyük sevgilər..
10/10
·185 syf.·
Beğendi
·
2025 5. kitabı
Kitabın dili sadə və xeyli axıcı idi. İlyas Əfəndiyev kənd həyatının koloritini və insanların danışıq tərzini ustalıqla qələmə almışdır. Obrazların səmimiliyi və təbiiliyi əsərin ən güclü tərəflərindən biridir fikrimcə. Oxuyarkən obrazlara elə alışırsan ki, sanki real həyatda tanıdığın, səmimi olduğun insanlardır.Kənd sakinlərinin xarakterləri, gündəlik yaşam tərzləri və bir-birilə olan münasibətləri son dərəcə təbii təsvir olunub. Nuriyyənin Murada olan sonsuz eşqi romanın ən təsirli məqamlarından biridir. O, Muradın xoşbəxt olması üçün əlindən gələni edir,özünün yox sevdiyinin xoşbəxtliyini düşünür. Bu, onun sevgisinin nə qədər güclü və təmiz olduğunu göstərir.. Eyni zamanda, kəndin təbiəti gözəl təsvir olunub kitabda. Yazıçı kəndin yaşıllığını,təbiətin dincliyini və onun insanların ruhuna verdiyi rahatlığı oxucuya dolğun şəkildə çatdırır. Bundan əlavə, insanların mədəniyyətə, incəsənətə olan sevgisi də diqqətçəkən məqamlardandır. Kənd sakinlərinin teatra,musiqiyə və ədəbiyyata olan marağı əsərdə xüsusi yer tutur. Azərbaycan ədəbiyyatından sevərək, zövq alaraq oxuduğum əsərlərdən biri oldu. Oxumağınızı tövsiyə edirəm. :)
1000Kitap
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 19591,308 okunma
8/10
·216 syf.·
Beğendi
·
2025 3. kitabı
Kitab, oxucunu hadisələrin içində hiss etdirən təsvirləri və maraqlı süjeti ilə diqqət çəkir. İlk kitabı olmasına baxmayaraq, müəllif kifayət qədər peşəkar üslub nümayiş etdirib fikrimcə. Kitabda obrazların sayı çoxdur, bu biraz qarışıqlıq yaradır oxuyarkən. Hər bir obrazın özünəməxsus xüsusiyyətləri var. Mark Və Culi'nin sevgisi çox gözəl və incə detallarla təsvir edilib. Eyni zamanda, Deyvis və Marqaretin sevgisi və bir birinə hörmət bəsləməsi,qızları Lenaya olan sevgiləri çox gözəl təsvir edilib. Əsərdə Nyu-York,Fransa küçələri və s. haqqında verilən təsvirlər çox dolğundur. Müəllif bu şəhərləri sadəcə fon kimi vermir,onları canlı bir atmosferə çevirir, oxucuya sanki həmin məkanlarda olma hissini yaşadır. Əsərin süjeti və yazı tərzi xarici romanları xatırladır. Hadisələrin gedişatı,obrazlar,təsvirlərin detallılığı müəllifin geniş dünya görüşünə malik olduğunu göstərir. Emil Aslanov İlk kitabınızı bəyəndim,növbəti kitablarınızı da oxumaq qismət olar inşallah.Yazıçılıq fəaliyyətinizdə uğurlar arzulayıram.
Alıntı
İkinci ŞansEmil Aslanov · Qanun Nəşriyyat · 202414 okunma
Reklam