Psixoloji roman sevənlərə, xüsusən melanxolik tutmalar yaşayan insanlara məsləhət görülür və sevərək oxuyacaqlarından əminəm .
Bu şəhərdə kimsə yoxmu?! Həm qəliz, həm də sadə bir sual…
Kitabda hadisələr aydın, axıcı və düşündürücüdür. Eyni zamanda reallıq əks olunduğu üçün kitabın bir çox hissəsində beynimdən keçən və son zamanlar məni düşündürən fikirlərlə qarşılaşdım, bəzən suallarıma cavab da tapdım. Oxuyarkən gerçək hadisələrdən ilhamlanaraq qələmə alındığı açıq- aydın hiss olunur. Təsadüflərə inanmayan biri kimi, həyatımın bu dönəmində bu kitabla qarşılaşmağım da bir təsadüf deyildir- necə ki, kitabda da deyilir “ təsadüf deyə bir şey yoxdur, hər şeydə bir məna var.” Deyə bilmərəm bu kitab tamam həyatımı dəyişdi və ya bütün suallarıma cavab tapa bildim, ancaq ətrafımda və həyatımda baş verənlərə artıq fərqli bir bucaqdan baxmaq lazım olduğunu anladım..
Və elə kitabdan seçdiyim iki alıntı ilə fikirlərimi tamamlayıram
…
“Unutma ki, inasan özü istəməsə, əsla bədbəxt ola bilməz”
…
“Həyatın ilk və son günü arasında olan məsafə dəyişkən və naməlumdur. O məsafəni əgər yolun çətinliyi ilə ölçsək o, hətta uşaqda belə böyükdür. Əgər onu hansı sürətlə gedilməsi ilə dəyərləndirsək, hətta ən yaşlı adamda belə qısadır.”
Lutsi Anney Serenka
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu