Ümumiyyətlə, beyni və ürəyi yoran və üzən gözqamaşdıran bir ala-bəzəklik, dəhşətli bir həyat hərc-mərcliyi yaradır. Xüsusən zehni yorğunluq məhz buradan əmələ gəlir və hər gün onun qurbanlarının sayı artır- kimi yuxusuzluqdan, kimi qara melanxoliyadan əzab çəkir, yaxud sadəcə dəli olur. Görünür, müasir adamın beyni, onun üzərinə hər gün hücum çəkən külli miqdarda faktları və təəssüratları yerləşdirməyə, seçib-ayırmağa və qorumağa hələ qabil deyildir. Biz çox açıqda, hamının gözü qabağında yaşayırıq, xarici dünyadan gizlənməyə yerimiz yoxdur. Biz həddən artıq çox şey qavramalı oluruq. Elə bil əbədiyyət müdrikliyi dar kəllələrə yol açmağa və məhdud ağıllarda yerləşməyə cəhd edir.