Tural Sahab

Tural Sahab
Sənin nə düşündüyün, mənim nə hiss etdiyimi dəyişdirəcək gücdə deyil. (c)
Müəllim, yazıçı
Bakı Dövlət Üniversiteti
Azərbaycan, Gədəbəy
Azərbaycan, 16 Temmuz 1989
115 okur puanı
Ağustos 2023 tarihinde katıldı
Sevgi Nədir? Bəzi filosof və yazıçıların sevgi haqqında təriflərini sizin üçün topladım: Sevgi nədir? Freyd: "Libidodur." Mövlana: "Mən ol da bil!" Platon: "Ciddi bir ağıl xəstəliyidir." Dekart: "Ruhun bir həyəcanıdır." Aristofanes: "Digər yarımızı axtarmaqdır." Oscar Wilde: "Qarşılıqlı bir yanlış anlama." Goethe: "Zaman itkisindən başqa bir şey deyil." Sokrat: "Gənclər üçün faciə, qocalar üçün komediyadır." Tolstoy: "Həmişə şəxsi mənfəət duyğusundan imtina halıdır." Ahmet Hamdi Tanpınar: "Həyatın içimizdə gülümsəyən üzüdür." Sofokl: "Həyatın ağırlığını və acısını unutduran yeganə sözdür." Chamfort: "Qarşılıqlı iki keçici ehtirasın iki bədən arasında yaxınlaşmasıdır." Şopenhauer: "İnsanın nəslini davam etdirə bilməsi üçün qurulmuş bir tələdir."
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
"Aşiq olmaq" ilə "sevmək" arasındakı fərqi soruşublar. Şəms belə cavab verib: *"Sənin baxdığına hər kəs baxar. Amma sənin onda görə bildiyini hər kəs görə bilməz. Hər kəs aşiq ola bilər. Amma heç kim sənin kimi sevə bilməz. Tək fərq sənsən. Səni özəl edən sevdiyin deyil, sevgindir."*
Məşhur bir ayaqqabı firmasının satış nümayəndəsi müştəri bazasını genişləndirmək və ayaqqabı satmaq üçün bir adaya gedir. Adada yaşayan insanları görəndə ruhdan düşüb geri qayıdır. Şirkətinə zəng edib deyir: "Mən dərhal geri qayıdıram. Burada heç kim ayaqqabı geyinmir." Bir müddət sonra eyni şirkətdə çalışan başqa bir satış nümayəndəsi təsadüfən eyni adaya düşür. Adada yaşayan insanları görəndə onun da gözləri bərəlir. Dərhal şirkətinə zəng edib deyir: "Mənə təcili 10 min cüt ayaqqabı göndərin. Bu adada heç kim ayaqqabı geyinmir!"
Başınız sıxışanda və o an bir çıxış yolu tapa bilməyəndə, daha əvvəl bu cür vəziyyətlərdən necə xilas olduğunuzu düşünün. Bilin ki, həmişə bir çıxış yolu var. Bir gün bir quyuya düşsəniz və oradan çıxmaq üçün bir yol axtarsanız, əmin olun ki, çıxış yolu elə düşdüyünüz quyunun içində gizlidir.
Bir çarə tapmaq istədiyiniz an, artıq onu tapmağa başlamısınız deməkdir. Hər cür sıxıntıdan bir çıxış yolu var. Yetər ki, təslim olmayasınız! Mübarizə aparın. Və əsla ümidsizliyə qapılmayın.