Biz problemin əsas qaynağı ilə üzləşmədiyimiz üçün bu balonlar və çöküşlər özünü yeniləyir,axmaqlar və tarixi oxumayanlar olduğu müddətcə də yeniləyəcək.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
2008-ci il çöküşünə qədər milyonlarla insan investisiya qoyub-qoymayacağına dair günlük qərarlar alırdılar.Bu funksiyaların hər nöqtəsində alıcılar və satıcılar ən riskli investisiyalardan geri çəkilə bilərlərdi,amma çəkilməməyə qərar verdilər.Bunun bir balon (yəni aldatmaca,partlayaraq səhv çıxma) olduğu mövzusunda xəbərdarlıq edən çox insan vardı.Sadəcə bir neçə il öncə,Long-Term Capital Management adlı böyük sərbəst investisiya fondu şirkətinin çöküşü,böyük bir çöküşün necə olacağını tam olaraq göstərmişdi.Əgər insanların yaddaşları daha güclü olsa idi 1987-ci ili düşünə bilərlərdi.Əgər tarix oxumuş olsalar idi 1929-cu ilindəki birja balonunu və çöküşünü bilərdilər.Demək olar ki,bütün potensial mülk sahibləri,qabaqcadan ödənməyən ipotekaların və sürətli yüksələn faizlərin risklərini anlaya bilər.
Biz insanların içində biri daha yüksək,digəri daha alçaq iki zidd mənlik olduğunu deyə bilərik.Alçaq mənlik daha güclü olma tərəfdarıdır.Onun instinkləri bizi duyğusal reaksiyalara və müdafiə davranışlarına doğru çəkər,başqalarına təpədən baxmağımıza səbəb olur.Anlıq keyiflərə və əyləncələrə tutulmağımıza,hər zaman ən rahat yolu seçməyimizə səbəb olur... Yüksək mənlik isə təbiətimizin gerçək insansı tərəfidir; Bizi biraz daha düşüncəli və şüurlu edər.Yüksək mənliyin instinkləri daha zəif olduğundan,onunla əlaqə qurmaq üçün səy və öz anlayış gərəklidir.
Qanunları görməzdən gəlməyin günahı sizin boynunuza.İnsan təbiəti ilə uyğunlaşmağı rədd etmək demək; idarəniz xaricindəki qəliblərə,baş qarışıqlığına və çarəsizliyə təslim olmaq deməkdir.
İnsanların çirkin davranışları və bəzən meydana gələn özümüzün təəccübləndirici davranışlarımız haqqında,bu davranışların səbəbini bilmədiyimiz xaricində bir şey deyə bilmirik.Bunları "bu adam pis qəlbli bir sosiopat", ya da "Mənə bir hallar oldu,özümdə deyildim" kimi bəsit açıqlamalarla da əlaqələndirə bilərik.Ancaq bu açıqlamalar eyni şeyin təkrar yaşanmasının qarşısını almadığı kimi, səbəblərini açıqlamamıza da kömək etməz.Əslində biz insanlar səthi yaşayırıq,başqalarının dediklərinə və etdiklərinə duyğusal reaksiyalar veririk.Özümüz və başqaları haqqında olduqca sadələşdirilmiş fikirlər formalaşdırırıq.Özümüzə ən asan və ən uyğun hekayəni danışmaqla kifayətlənirik.