Dünyanın o biri ucuna getməyə hazır olduğum bir kişi ilə iki kəlmə danışdığım üçün məni öldürmək istəyirdilər. İndi isə haqqında heç bir şey bilmədiyim, qorxudan başqa heç nə hiss etmədiyim kişi ilə yatağa girməyə məcbur idim.
– Pərvanə, deyəsən, ürək xəstəliyinə tutulmuşam. Axı qəlbimin döyüntüsü təbii deyil.
– Onu görəndə belə olursan, yoxsa görməyəndə?
– Onu görəndə ürəyim elə tez-tez çırpınır ki, nəfəsim az qala kəsilsin.
– Bu ürək xəstəliyi deyil.