booklover

10/10
·80 syf.··
Beğendi
·
2022 76. kitabı
·
2 saatte okudu
·
Okunma: 26 Ağustos 2022 19:14
Çingiz Aytmatov - "İlk müəllim və ya müəllim Duşen" Aytmatov qələmini müəllim-şagird məsələsində başqa cür təsəvvür etmək olmazdı. Atatürkün belə bir cümləsi var: "Əsəri üzərində imzası olmayan yeganə sənətkar müəllimdir". Əsərdəki Duşen məhz imzası olmayan sənətkarlardandır. Müəllim bir insanın həyatına necə təsir göstərə və onu gözəlləşdirə bilər düşüncəsini hər sətir bizə xatırlatmış olur. Aytmatov Duşenlə bərabər Altınay adlı qızın həyat hekayəsini də bizə anladır. Kitabı oxuduqdan sonra insan əmin olur ki, hər bir insanın təhsilində yaxından və ya uzaqdan bu və ya digər şəkildə iştirak etmiş müəllim Duyşenlər vardır.
İlk ÖğretmenimCengiz Aytmatov · Nora Kitap · 201810,7bin okunma
Reklam
8/10
·50 syf.··
Beğendi
·
2022 75. kitabı
"'İnsanların başlarına gələn hadisələr onların qədəri deyil, insanlığın iflasının nəticəsidir"- deyir Zveiq. Kitab 3 kiçik hekayədən ibarətdir. Ən təsirli olanı haqqında bəhs etdiyim hekayədir. Hekayədə Fransada bir qırğın sırasında sevən iki insanın toy, nikahı gözümüzdə canlanır, yazar bir növ bizi bu toya dəvət etmiş olur. Öldüyünü zənn etdiyi sevdiyi ilə bir həbsxanada qarşılaşan adsız qəhrəmanın sevinci, ətrafdakıların bir olub, onların nikahını təşkil etməsi, savaş müddətində, çarəsizliyin pik həddində necə davranmaq lazım olduğuna ipucu verir. Sonda həpsxanada olanların hamısının bir qurşuna, günahlarının bilinmədən qurban olunması savaşın ölçüləbilinməyəcək ağırlığını göstərir.
Lyon'da DüğünStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202139bin okunma
8/10
·100 syf.··
Beğendi
·
2022 74. kitabı
·
3 günde okudu
·
Okunma: 21 Ağustos 2022 09:36
·
İvan İliçin ölümü Tolstoydan sayca oxuduğum 7-ci kitab idi. Daha əvvəl onun yadda qalan əsərlərindən "Anna Karenina", "İnsan nə ilə yaşar", "Sergi ata" əsərlərini oxuduğumu xatırlayıram. Tolstoy əsərlərdə hadisələri fərqli tərzdə anlatma qabiliyyətinə malikdir. Ələxsus rus burjua cəmiyyəti, sosial incəliklərə özünü daxil edərək obrazların dilindən fikirlər səsləndirir. İvan İliç məsləyində yetəri qədər, şəxsi həyatında isə bir o qədər yetərli olmayan şəxsiyyətdir. Xəstəliyə tutulması, bu xəstəlik müddətində içində keçirdiyi iztirablar, özünü yalnızlığın ağuşunda hiss etməsi Gənc Verteri xatırlatdı. İliç həyatının, yaşamının, ölümünün fərqində olan qəhrəmandır. Sadəcə o, pis hadisələrin yalnız başqalarının başına gələ biləcəyi düşüncəsində olduğu üçün öz başına gələn xəstəliyi qeyri-adi qəbul edir. İliç insanın fiziki olaraq iztirab çəkməsindən daha ağır iztirabın mənəvi,ruhən olduğunu daxilində sübuta yetirmiş olur. Yaşadığımız bu həyat həqiqətən yaşamağa dəyərmi? sualı son nəfəs alışına qədər onunla bərabər olur.
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261bin okunma
10/10
·520 syf.··
Beğendi
·
2022 72. kitabı
·
56 günde okudu
·
Okunma: 17 Ağustos 2022 12:01
Cek London "Martin İden" Cek Londonun fərqli yazı tərzi həmişə diqqtimi cəlb edib.Onun qələmini Çingiz Aytmatov qələminə bənzədirəm. Yaratdığı obrazın daxili dünyasını, yaşadığı kədəri, hadisələrdən kənarda qalma, yalnızlığını,yeri gəldikcə xoşbəxtliyini oxucuya ötürür. Roman bizə ilk olaraq eşq romanı təsirini bağışlasa da, səhifələr keçdikcə onun siyasi,tarixi,macəra janrlarını da özündə cəmləşdirdiyini hiss edirik.Kitab Oklandda yaşayan, dənizçi, təhsilsiz bir gəncin həyat macərasını, Ruth üçün təhsilə, elmə, yazılara özünü adamsını, sonunda etdiklərinin onun üçün mənasızlaşdığını əks etdirir. Sosial sahədə təbəqələşmənin ən çox göstərildiyi romanlardandır. Yarı avtobioqrafik təsiri bağışlayır, fəqət Londonun həyatını araşdırdıqdan sonra tam avtobioqrafik deməyə əsas verir. Hadisələrin yaşandığı ərazi, insanlar, sonundakı intihar. Martinin əzmi, iradəsi, etdiyi işə, yazdığı yazılara güvənməsi, bunun arxasında Ruth və ailəsinin süni, rol oynarmışcasına davranışları ziddiyətlə hisslərdəndir.
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,9bin okunma
10/10
·112 syf.··
Beğendi
·
2022 71. kitabı
·
97 günde okudu
·
Okunma: 02 Ağustos 2022 12:43
Hekayə Abutalib Kuttubayev adında bir şəxsin sorğuya çəkilməsindən bəhs edilərək başlanğıc alır. Hekayənin gedişində Abutalibi hardan xatırladığım qənaətinə varıram.O, "Gün var əsrə bərabər" əsərində olan obrazlardan biri idi, hansı ki, yazdığı bir neçə hekayəyə görə sorğuya çəkilirdi. Sorğuya çəkən insan isə Kuttubayevin dili ilə desək, sanki əcəcilin özü, mütləq qüdrət və ya başqa cür adlandırmış olsaq qəbul edilmiş "ölümü" Tansıkbayev idi. Kuttubayevin sorğuya çəkilmə səbəbi Tansıkbayevin özü tərəfindən qeyd edilir.Onun xalq arasında ideoloji fikirləri yayması, böyük millətə zidd mövqedə duran "Çingiz xana küsən bulud", "Manqurt", "Sarı Özək qətliamı" hekayələrini yazaraq sanki sosialist düşüncədən kənara çıxması idi. "Çingiz xana küsən bulud" hekayəsi iktidar əleyhinə olanların hamısının sonunun bir olacağı,yanan ocaqda olan ləvazimatın yaş,quru demədən insan olacağı qənaətinə gəlməyə insanı sövq edir. Hekayə Avropanı fəth etməyə çalışan Timurçinin (Çingiz xan) yorulmaq bilmədən etdiyi fəthləri, neçə minlik ordunun gərəksiz işğal sırasında əziyyətini, fəthlər sırasında olan bir hadisəni anlatmaqdadır.
Cengiz Han'a Küsen BulutCengiz Aytmatov · Ötüken Neşriyat · 202520,1bin okunma
Reklam