Bu kitab çox uzun müddətdi oxuma wishlist’imdə idi. Hekayənin qısa olması oxunu daha sürətli və təsirli edir. Əsərin dilinin “sadə” olmasını mənfi rəy olaraq dəyərləndirənlər olsa da, məncə bu sadəlik əksinə hekayənin realizmini artırır.
Məni ən çox Lennie obrazı sarsıtdı. Bu dünyada saf və günahsız insanlara yer olsaydı bəlkə də Lennie’nin sonu fərqli olardı. Hekayənin bir az daha ümid dolu olmasını istəyərdim. Amma kitab insanın içini yandıran bir həqiqəti göstərmək üçün də bu ümidi verməmiş ola bilər: bəzən ən təmiz qəlblər ən ağır sonluqlara məhkum edilir.
Ümumilikdə, çox sevdim və mütləq oxunmasını tövsiyə edirəm.
Onun səni sevdiyinə inandığını bilirəm. Amma o səni sevmir. Səni, həqiqətən, sevsəydi, onu geri qəbul etmənə icazə verməzdi. Səndən ayrılmaq qərarına özü gələrdi ki, bir daha səni incitməyəcəyinə əmin olsun.
Hər birimizin son həddi var. Biz qırılana qədər dözməyə hazır olduğumuz bir şey. Hər bir hadisə sərhədi genişləndirir. Hər dəfə qalmağa qərar verəndə, növbəti dəfə getməyin daha da çətinləşir.