Fransız filosofu Laroşfuko demişdir: “Əgər siz özünüzə düşmən qazanmaq istəyirsinizsə, dostlarınızdan üstün olduğunuzu onlara hiss etdirin, lakin əgər siz dostlara malik olmaq istəyirsinizsə, onda dostlarınıza özünüzdən üstün olduqlarını hiss eləməyə imkan verin”. Bu müddəa niyə doğrudur? Çünki dostlarınız sizdən üstün olduqlarını hiss edəndə – bu, onlarda özlərinin əhəmiyyət kəsb etmələri təəssüratını doğurur, lakin biz onlardan üstün olanda – bu, onlarda fərdi natamamlıq hissini doğurur və bu, paxıllıq və qısqanclığa gətirir