Dəyərli bir müəllimin məsləhəti əsasında başladığım bir kitab idi. Sözün düzünü desəm ilk başlarda yarı hissəsinə qədər çox sıxılırıdım, çünki Oblomovun tənbəllikləri mənə heç xoş təsir etmirdi bu baxımdan yarım saxladım. Amma, sonra bitirmək qərarına gəldim. Məgər ən maraqlı yeri, elə yarıda saxladığım hissədən başlayırmış. Oblomov bir rus mülkədarıdır, uşaqlıqdan bəri tənbəl həyat tərzinə alışmışdır. Saf , təmizürəkli, hər kəsin yaxşılığını istəyən biridir. Hətta tənbəllik Olqayla olan sevgi münasibətinə belə güc gəlmişdir. Onun dostu Ştolts daim onun yaxşılığını istəmiş, onun gələcəyini yaxşlıaşdırması üçün, tənbəlliyin daşını atması üçün çalışmışdır.