Yorğunluq fizikidirsə, keçəcək, amma mənəvi yorğunluq bir az zaman alır. Bu cür yorğunluğun öhdəsindən gəlməyin ən yaxşı yollarından biri də bölüşməkdir.
Bu şəhər də eynilə insanları kimiydi: xaricdən valehedici, səliqəli, parlaq, içindən isə dağınıq, köhnəlik izləri ilə dolu... Saxta parıltıdan başqa heç nə yox idi burada.
Qaçmaq həll yolu deyil. Qorxularının üstünə getməlisən. Yenidən günəşi görmək istəyirsənsə, o tufanın içindən keçməlisən. İndi istiqamətini itirmisən deyə günəşin olmadığını düşünürsən. Yanılırsan. O həmişə ordadır.