Ülkər

Ülkər
@Ulker_hsn
İki həyatımın olmasını istərdim: "Biri yaşamaq üçün, biri kitab oxumaq üçün".
lawyer
Naxçıvan
29 Nisan 1998
44 okur puanı
Mart 2020 tarihinde katıldı
Həqiqi sənətin (oxuduğum əsərləri nəzərdə tuturam) təsiri mənə böyük təsəlli olurdu. Sanki Nizamidən, Füzulidən, Şekspirdən, Lermontovdan oxuduğum parçalarla mən, qulaq asanlara, nə isə, özümə, öz qəlbimə aid sirrlər söyləyirdim. Elə bil, bu əsərlərdə özümdən danışırdım və bunun başqalarına təsirini gördükdə, özümü, ağlayıb ürəyini boşaltmış adamlar kimi, yüngül hiss edirdim.
Sayfa 138·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
Görünür, böyük qorxu kiçik qorxuları əhəmiyyətsiz etdiyi kimi, bəzən başımızın üstünü alan ciddi təhlükənin sovuşması da təbiətimizdəki daha gözəl duyğuların meydana çıxmasına səbəb olur.
Sayfa 130·Kitabı okudu
- Nə qədər Azərbaycan xalqı var, muğamat da olacaq, onun ifaçısı da, - dedi. - Yeni nəsil "Segah"ı , "Rast"ı simfonik əsərlərdən az sevmir. - Elədir, - deyə mən təsdiq etdim. - Çünki muğamatda bizim ruhumuz yaşayır.
Sayfa 50·Kitabı okudu
Kültür-Sanat
10/10
·280 syf.··
Beğendi
·
2020 27. kitabı
·
11 günde okudu
·
Okunma: 29 Ağustos 2020 11:16
Önyargıları kənara qoyub, kitabı oxumağa başladım. Empati qabiliyyətimin yüksək olduğunu düşünərək, bunu qeyd edim ki, hər bir insanın həyatında başına ömrü boyu onunla xoşbəxt olacaq, yaxud onun sayəsində hər şeydən dərs çıxaracaq biriləri olur. Kitabı oxuyanlar bəlkə də mənim fikirlərimlə razılaşmaya bilər. Amma başlarda necə əsəbiləşmişdimsə də, sonun üzücü bitməsinə baxmayaraq, çox sevindim. Çoxluğun sevdiyi obraz Hüseyn Kənan mənim üçün başlıca nifrət mənbəyi oldu deyə bilərəm. Sevgini dodaqlardan qəlbə axan bir zəhər olduğunu düşünən, onu sevən qadının qüruruna toxunan, bir gənc qızın həyatını məhv edən adama mən xoş bir fikir bildirə bilməzdim. Sonlar da, səhvini anlamış olsa da, çox gec idi. Kənanın timsalında əksəriyyət kişilərin iç üzünü görürük. Onun Xınalı yapıncağa etdiklərini, dediyi sözləri nəzərdə tuturam. Özünü sənətkar adlandıran bu qədər ruhsuz ola bilməzdi. Əsərin ikinci qəhrəmanı isə Xınalı yapıncaq ləqəbli Lamiədir. Onun başına gələn hadisələr isə birəbir məni dərindən təsirləndirdi. Lamiənin Kənanı rədd etməsinə isə çox sevindim. Çünki, insan bəzən nə qədər çox sevsə də, ona bədbəxtlik gətirən, zərər verən münasibətdən qırılmalıdır və xoşbəxt olmalıdır. Bu həyat bizə bir dəfə verilir, ikinci dəfə yaşama şansımız yoxkən, niyə birilərinə görə özümüzdən vaz keçək?.
Dodaqdan QəlbəReşat Nuri Güntekin · Şərq-Qərb · 20068,2bin okunma