Ülkər

Ülkər
@Ulker_hsn
İki həyatımın olmasını istərdim: "Biri yaşamaq üçün, biri kitab oxumaq üçün".
lawyer
Naxçıvan
29 Nisan 1998
44 okur puanı
Mart 2020 tarihinde katıldı
10/10
·420 syf.··
Beğendi
·
2021 1. kitabı
·
1 saatte okudu
·
Okunma: 14 Şubat 2021 21:29
Kitabı oxuduqca bir ümid Məsumənin xoşbəxt olacağına inanırdım. Bütün həyatı əziyyətlə, çox saylı məhrumiyyətlərlə keçən bir qadının- güclü bir qadının, başına gələn hadisələr və onun bütün olanlar qarşısındakı möhkəm iradəsi və güclü duruşu məni heyran qoydu. Həmişə ailəsinə görə öz həyatından ödünlər verən, hamını xoşbəxtliyi üçün əlindən gələni edən və sonda öz xoşbəxtliyi ondan əsirgənilən QADIN! Məsumcan! Sən hər zaman ən yaxşı övlad, ən yaxşı ana və ideal həyat yoldaşı oldun.♡
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,413 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
10/10
·256 syf.··
Beğendi
·
2020 35. kitabı
Kitabda Qadın olaraq, dünyaya gəlmənin məsuliyyətindən, yükündən bəhs olunur. Dünyanın hər yerində, haqsızlıqlara, əzab-əziyyətlərə məruz qalan qızların, qadınların timsalında afrikalı bir qız olan Varisin gerçək həyat hekayəsindən bəhs olunur. Və hər şeyə rəğmən, Varisin apardığı mübarizədə əzmini, iradəsini təqdir etdim. Oxumuş, öz ayaqları üstündə durmağı bacaran, bağımsız qadınlar mənə görə hər zaman 1-0 öndədirlər. Əks təqdirdə qızları oxutdurmayan, onları aşağı görən toplum məhvə məhkumdur. Kitabı oxuyarkən sinirləndiyim məqamlar ( KGS, onun qadınlar üzərində fiziki və mənəvi fəsadları, qızlara söz haqqı tanınmaması və s.) çox olsa belə, bir qadının həmcinslərinin hüquqları uğrunda mübarizə aparması, onların səslərini bütün dünyaya duyurması çox qürurverici idi.
Çöl ÇiçeğiWaris Dirie · Bilge Kültür Sanat Yayınları · 201411,8bin okunma
10/10
·280 syf.··
Beğendi
·
2020 27. kitabı
·
11 günde okudu
·
Okunma: 29 Ağustos 2020 11:16
Önyargıları kənara qoyub, kitabı oxumağa başladım. Empati qabiliyyətimin yüksək olduğunu düşünərək, bunu qeyd edim ki, hər bir insanın həyatında başına ömrü boyu onunla xoşbəxt olacaq, yaxud onun sayəsində hər şeydən dərs çıxaracaq biriləri olur. Kitabı oxuyanlar bəlkə də mənim fikirlərimlə razılaşmaya bilər. Amma başlarda necə əsəbiləşmişdimsə də, sonun üzücü bitməsinə baxmayaraq, çox sevindim. Çoxluğun sevdiyi obraz Hüseyn Kənan mənim üçün başlıca nifrət mənbəyi oldu deyə bilərəm. Sevgini dodaqlardan qəlbə axan bir zəhər olduğunu düşünən, onu sevən qadının qüruruna toxunan, bir gənc qızın həyatını məhv edən adama mən xoş bir fikir bildirə bilməzdim. Sonlar da, səhvini anlamış olsa da, çox gec idi. Kənanın timsalında əksəriyyət kişilərin iç üzünü görürük. Onun Xınalı yapıncağa etdiklərini, dediyi sözləri nəzərdə tuturam. Özünü sənətkar adlandıran bu qədər ruhsuz ola bilməzdi. Əsərin ikinci qəhrəmanı isə Xınalı yapıncaq ləqəbli Lamiədir. Onun başına gələn hadisələr isə birəbir məni dərindən təsirləndirdi. Lamiənin Kənanı rədd etməsinə isə çox sevindim. Çünki, insan bəzən nə qədər çox sevsə də, ona bədbəxtlik gətirən, zərər verən münasibətdən qırılmalıdır və xoşbəxt olmalıdır. Bu həyat bizə bir dəfə verilir, ikinci dəfə yaşama şansımız yoxkən, niyə birilərinə görə özümüzdən vaz keçək?.
Dodaqdan QəlbəReşat Nuri Güntekin · Şərq-Qərb · 20068,2bin okunma
Puan vermedi·720 syf.··
Beğendi
·
2018 1. kitabı
·
32 günde okudu
·
Okunma: 12 Ağustos 2018 14:01
Dedektif janrda bir çox kitab oxumağıma baxmayaraq, ən sevdiklərim məhz Aghata Christie-dən olubdu. Ümumiyyətlə, dedektif roman dedikdə, həmişə ağlıma ilk Aghata gəlir. Eyni zamanda ilk vaxtlar kitab oxumağa da onun kitabları ilə başladığım üçün Aghatanın yeri məndə ayrıdır. Bu kitab da Aghata Christie-nin 3 romanından ibarət kitabdır: 1) Şərq ekspressində qətl; 2) Beş donuz balası; 3) Rocerd Ekroydun qətli; Romanların hər biri ayrı-ayrılıqda çox maraqlıdır, və oxuyan zaman insanın diqqətini bir çox yöndə istiqamətləndirir. Və sonda hər zaman olduğu kimi sürpriz cinayətkarlarla qarşılaşırıq. :)
Seçilmiş EserleriAgatha Christie · Şərq-Qərb Nəşriyyatı · 201062 okunma
10/10
·761 syf.··
Beğendi
·
2020 19. kitabı
·
26 günde okudu
·
Okunma: 30 Nisan 2020 17:39
M.S.Ordubadi yaradıcılığının nümunəsi- "Qılınc və Qələm" bir sözlə möhtəşəm!. Tarixi roman olmasına baxmayaraq, əxlaqi, elmi, bədii cəhətlər də üstünlük təşkil edir.Əsərdə pərəstiş etdiyim Azərbaycan ədəbiyyatının görkəmli şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş bəhs olunur. Eldənizlər xanədanı dövründə dostu Fəxrəddinlə birgə Azərbaycan üçün göstərdiyi xidmətləri, Gəncə hakimi Əmir Inanc tərəfindən sürgün edilən Məshəti xanımı sürgündən qurtararaq Gəncəyə gətirmələri,Gəncə hakiminin qızı Qətibənin sevgisini rədd edərək öz sevgisinin arxasında durması və sevdiyi qız olan Rənayla evlənməsi, dövrün tələblərinə görə hökmdarlar tərəfindən vəd edilən saray həyatını, verilən xələtləri qəbul etməməsi,heç bir halda şəxsiyyətindən ödün verməyərək hökmdarların hüzurunda olan çıxışları, və s. kimi fəaliyyətləri ilə Ilyas yenidən könlümdə taxt qurdu❤. Kasıb olmağının səbəbini soruşan həyat yoldaşı Rənaya verdiyi cavabında -"Əzizim Rəna, məişətcə yoxsul olmaq, vicdanca yoxsul olmaqdan daha yaxşıdır". Bir daha heyran qaldım. Əsərdə ən sevdiyim obrazlardan biri də, qəhrəman Fəxrəddin oldu. Onun qəhrəmanlığı- qorxmazlığı, cəsarəti, Sevgilisi Dilşadı axtarmaq üçün Bağdad saraylarına getməsi, Bağdadda kəniz olaraq, satılan vətən qızlarını Dilşadla birgə vətənə gətirməsi, düşmənə qarşı əsl qəhrəman kimi göstərdiyi igidliklər ilə səciyyələnir. Əsərdə mənfi obrazlar da geniş yer verilmişdir. Ilk növbədə, Gəncə hakiminin qızı fitnəkar Qətibə, onun yalançı vədlərinə inanaraq, bütün alçaq əməllərinə alət olan əsgər Hüsaməddin, cariyə Səba qeyd olunur. Şair tərəfindən sevgisi rədd edilən Qətibə Atabəy Məhəmməd Cahan Pəhləvana evlənir, atasının qanunsuz işlərinə tab gətirməyən xalq Gəncə hakimini üsyan nəticəsində edam etdirir. Qətibə atasının intiqamı adı altında sınmış
Qılınc və QələmMəmməd Səid Ordubadi · 2005283 okunma