Ülviyyə Əliyeva

9/10
·560 syf.··
Beğendi
·
2021 3. kitabı
Remarkın ən yaxşı əsərlərindən sayılan Zəfər tağının qəhrəmanı Nazi rejiminə qarşı olan alman cərrah Ravik, Almaniyadan qaçaraq Parisdə gizli yaşamağa məcbur olmuşdur. Və onun əsas məqsədi də Almaniyada olan zaman  ona və yaxınlarına işgəncə edən bir adamdan intiqam almaq idi. Əsərdəki hadisələr ikinci dünya müharibəsinin  astanasında baş verir. Müharibə dövrünün çətinliklərinin göz önünə sərildiyi kitabda əsas mövzu Ravik və çox qəribə bir zamanda tanış olduğu Joan arasındaki sevgidir. Lakin miqrant kimi həyat yaşayaşan Ravik və Joan üçün bu sevgi çarəsiz və  bitməyə məhkum olmuşdur. Kitabı oxuyan zaman yaşadığım hissləri sözlə anlatmaq mümkün deyil. Mütləq oxuyun. Xoş mütaliələr
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014567 okunma
10/10
·512 syf.··
Beğendi
·
2020 16. kitabı
Paris Notr-Dam kilsəsi əsərində orta əsrlərin sonlarında baş verən hadisələrdən bəhs edilir. Fransız ədəbiyyatının dahisi Viktor Hüqo insanların qəlbini ələ keçirəcək bir şahəsər yaratmışdır ki, bu əsərin qəhrəmanları- dünyalar gözəli, qaraçı qız Esmeralda, kilsənin zəngçalanı eybəcər,təkgöz, qozbel olan lakin mərhəməti ilə oxucuların qəlbini qazanan Kvasimodo və ömrünü elmə, dininə həsr etmiş baş keşiş Klod Frollodur.. Kvasimodo qaraçı qıza olan məsum sevgisi ilə bu sevgiyə ortaq olan, onu böyüdən keşiş Klod Frollo arasında qalır. Hüqo sevgi hekayəsindən başqa, Parisin təsviri, həmin dövrdəki din dövlət münasibətlərini də qələmə alır..Kitabın sonu məni dəhşətə saldı və çox kövrəldim.. Sizlərə tövsiyəm sadəcə oxuyun.
Paris Notr-Dam KilsəsiVictor Hugo · Qanun Nəşriyyatı · 201642,1bin okunma