Budur, o xoşbəxtlik özü mənim qapıma gəlmişdir. O mənə deyir ki, yolunu kəsən o məhəbbəti öldür, sonra əlinin qanını silərək, gülümsəyə-gülümsəyə mənim ağuşuma atıl! Ah, kama yetən eşq, sən nə gözəlsən! Nə cazibədarsan!
Xoşbəxtlik ayaqların altında ikən bunu dərk etmək, əyilib onu yaxalamaq üçün cəsarətli və qətiyyət göstərmək..və bir daha buraxmamaq. Bunu ancaq ürəyin ağlı ilə etmək olar. Ürəyin ağlından məhrum bir ağıl sadəcə məntiqdir və onun o qədər də əhəmiyyəti yoxdur.