Ehtiram Babaşovun "Mənim Qəhrəmanım Olarsan?!" kitabı duyğulara toxunan və oxucunu düşünməyə vadar edən bir əsərdir. Kitabı oxuyanda hiss edirsən ki, müəllif təkcə bir hekayə danışmır, həm də öz iç dünyasını açır. Ana itkisi kimi ağır bir mövzuya toxunması, insanın keçirdiyi daxili mübarizələri və bu mübarizədə qəhrəman axtarışını göstərməsi əsəri daha təsirli edir.
Müəllifin dili olduqca sadə və axıcıdır. Sanki bir dostun sənə öz həyat hekayəsini danışır və sən də onu səssizcə dinləyirsən. Kitabda bəzi yerlər var ki, insanı düşündürür – biz həqiqətən öz həyatımızın qəhrəmanıyıqmı, yoxsa kiminsə qəhrəmanına ehtiyacımız varmı? Əlbəttə ki,əsərdə də deyildiyi kimi hər kəsin həyatında qəhrəman kimi gördüyü biri olur,kimin atası,kinim anası,kiminin isə qardaşı və s.
Hekayədə bəzi məqamlar daha dərindən işlənə bilərdi, amma bu, kitabın səmimiliyini azaltmır. Əsas odur ki, oxucu oxuyanda hiss edir ki,– bu, yazılmış bir roman deyil, yaşanmış bir hekayədir. Və bəlkə də, ən təsirli cəhət də elə budur.
Tövsiyyə üçün @Zlfqarli sizə minnətdarlığımı bildirirəm