B

B
@Ulvianva
19 Ekim
23 okur puanı
Ekim 2024 tarihinde katıldı
9/10
·116 syf.··
Beğendi
·
2025 4. kitabı
·
2 saatte okudu
·
Okunma: 01 Şubat 2025 09:34
Ehtiram Babaşovun "Mənim Qəhrəmanım Olarsan?!" kitabı duyğulara toxunan və oxucunu düşünməyə vadar edən bir əsərdir. Kitabı oxuyanda hiss edirsən ki, müəllif təkcə bir hekayə danışmır, həm də öz iç dünyasını açır. Ana itkisi kimi ağır bir mövzuya toxunması, insanın keçirdiyi daxili mübarizələri və bu mübarizədə qəhrəman axtarışını göstərməsi əsəri daha təsirli edir. Müəllifin dili olduqca sadə və axıcıdır. Sanki bir dostun sənə öz həyat hekayəsini danışır və sən də onu səssizcə dinləyirsən. Kitabda bəzi yerlər var ki, insanı düşündürür – biz həqiqətən öz həyatımızın qəhrəmanıyıqmı, yoxsa kiminsə qəhrəmanına ehtiyacımız varmı? Əlbəttə ki,əsərdə də deyildiyi kimi hər kəsin həyatında qəhrəman kimi gördüyü biri olur,kimin atası,kinim anası,kiminin isə qardaşı və s. Hekayədə bəzi məqamlar daha dərindən işlənə bilərdi, amma bu, kitabın səmimiliyini azaltmır. Əsas odur ki, oxucu oxuyanda hiss edir ki,– bu, yazılmış bir roman deyil, yaşanmış bir hekayədir. Və bəlkə də, ən təsirli cəhət də elə budur. Tövsiyyə üçün @Zlfqarli sizə minnətdarlığımı bildirirəm
Mənim Qəhrəmanım Olarsan?!Ehtiram Babaşov · Mücrü Nəşriyyatı · 202548 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
9/10
·206 syf.··
Beğendi
·
2025 5. kitabı
·
8 saatte okudu
·
Okunma: 01 Şubat 2025 20:35
Öncəliklə bildirmək istəyirəm ki, kitab olduqca axıcı idi. Oxucunu yormur, əksinə, böyük maraq doğururdu. Bütün oxuculara şiddətlə tövsiyə edirəm. Kitabı oxuyarkən cinayətkarın kimliyi ilə bağlı bir neçə fərziyyəm formalaşdı və əminəm ki, digər oxucularda da eyni hal yaşanacaq. Sonu isə həqiqətən gözlənilməz idi. Heç ağlıma belə gətirmədiyim birinin cinayətkar çıxması məni təəccübləndirdi. Digər tərəfdən, cinayətin motivinin başqalarına dərs vermək olması məni hiddətləndirdi. Nəticədə, başqalarına dərs vermək üçün cinayət törətmək nə qədər düzgün ola bilərdi? Cinayətkarın seçdiyi təxəllüsə gəldikdə isə bunun yerində bir bənzətmə olduğunu düşünürəm. Qısaca desəm: Oxumağa dəyər bir əsər idi! Sonda kitabı tövsiyə edən @Zlfqarli ,çox sağol
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
Puan vermedi·128 syf.··
Beğendi
·
2025 2. kitabı
Siçanlar və Adamlar çox təsirli və kədərli bir hekayədir. İki dostun – George və Lennienin daha yaxşı bir həyat arzusu ətrafında dövr edir. Onların məqsədi öz kiçik fermalarını qurub sakit bir həyat yaşamaqdır, amma bu arzu gerçəkləşmir. Kitab tənhalıq, dostluq və insanın taleyi ilə bağlıdır. Lennienin davranışları uşaq kimidir, amma güclü fiziki qüvvəsi bəzən problemlər yaradır. George isə ona həm baxır, həm də onu qorumağa çalışır. Amma həyatın çətinlikləri onların dostluğunu və arzularını sınayır. Sadə dillə desək, kitab göstərir ki, bəzən insanın nə qədər çalışsa da, həyat istədiyi kimi getməyə bilər. Axırı isə çox kədərli və düşündürücüdür. Məncə, bu əsər insanın iç dünyası və çətinliklərlə necə mübarizə apardığı haqqında dərin mesajlar verir.
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Nəşriyyatı · 2016211,4bin okunma
Puan vermedi·104 syf.··
2024 7. kitabı
·
36 saatte okudu
·
Okunma: 01 Aralık 2024 09:59
Baş qəhrəman, adı açıqlanmayan gənc bir kişi, tənhalıq hissi ilə mübarizə aparır və xəyallarında yaşayır. Bir gecə Nastenka adlı bir qızla tanış olur və onunla dərin bir bağ qurur. Baş qəhrəmanın tənhalıq hissi və xəyalları əsərdə geniş şəkildə təsvir olunur. Onun tənhalığının və xəyal dünyasının reallıqla qarşıdurması əsərin əsas mövzularından biridir. Nastenka ilə baş qəhrəman arasındakı romantik bağ və onların münasibətindəki ümid və xəyallar, əsərin ürəyindədir. Xəyal dünyası ilə reallıq arasındakı qarşıdurma, personajların iç dünyalarını və həyatlarının mürəkkəbliyini göstərir. Dostoyevski, əsərin psixoloji dərinliyini və personajların daxili dünyalarını təsvir etmək üçün təsirli və emosional bir dil istifadə edir. Sankt-Peterburqun "bəyaz gecələr" mövsümünün təsviri, əsərin atmosferini gücləndirir və baş qəhrəmanın iç dünyası ilə şəhərin fiziki mühiti arasındakı əlaqəni vurğulayır. "Bəyaz Gecələr," tənhalığın, xəyalların və romantik sevginin mürəkkəbliyini təsvir edən təsirli və emosional bir əsərdir. Dostoyevski, insan təbiətinin dərinliklərini və psixoloji vəziyyətlərini oxuculara çatdırmaqda müvəffəqdir. Əsər, oxucunun qəlbində iz buraxan və düşünməyə məcbur edən bir nağıl olaraq qalır.
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2019102bin okunma
Puan vermedi·368 syf.··
2024 2. kitabı
·
12 günde okudu
·
Okunma: 11 Kasım 2024 19:07
Kitabı oxuyarkən bir daha başa düşdüm ki, " Ana" adlanan qadın bəzən səhv də edə bilər,hər zaman düzgün olmaq məcburiyyətində deyil. Biz övladların borcu isə onları mühakimə etmədən onlara " Ana" deyə bilməkdir. Kitabda dostluğa və sevgiyə önəm verilmişdir,düşünürəm ki,oxuyucular kitabı oxuyarkən zövq alacaqdırlar.
Senden Geriye KalanColleen Hoover · Epsilon Yayınevi · 2023821 okunma