Tədris illəri az və təhsili aşağı olan məktəblər bir
kibrit çöpünü alovuna bənzəyər. İşığı bir neçə saniyə
çəkər. Yananda ətrafında sadəcə bir neçə metrlik ərazini işıqlandırar. Millətin başındakı qaranlığı dağıtmaq üçün dəniz fənərləri kimi işıq saçan böyük lampalar və projektorlar gərəkdir.
Kişilərin qadınlara qarşı
olan rəftarı isə heyvanlara edilən rəftardan heç də
fərqlənmir. Kəndlilər həyatlarım ibtidai insanlar kimi
bir yığın dedi-qodularla, bir-birləri ilə dalaşmaqla
keçirirlər. Axmaqcasına içki içirlər, qısası, böyük bir
sürətlə əxlaqi eniş yaşayırlar.
Qısası, "Bunu da biz istehsal etmişik" deyə biləcəyimiz heç bir məhsulumuz yoxdur. Yurdumuza
hər şey kənardan idxal olunur. Ozü də necə?! Od bahasına, elə deyilmi? Bu mallar çox baha olduğundan
nağd ödəmirik. Xarici malları ancaq hissə-hissə ödənişlə alırıq. Nəticədə qiymətlər qat-qat artır. Amma
biz yenə də yersiz və şişirdilmiş Öyünmələrə davam
edir və "bizim ölkəmiz dünyanın ən zəngin ölkələrindən biridir" deyirik. Bunun qarşılığında insanlarımızın necə bir həyat yaşadığına diqqətlə baxın!.. Düşünün ki, yüz milyonlarla insan və nəhəng bir millət öz
nemətlərindən tamamilə məhrumdur və yoxsul bir
vəziyyətdədir
Məktəblərdə uşaqlara doğru-düzgün təhsil verilmir. Həyatı dərketmənin metodu öyrədilmir, insanların ruhlarında gizlənmiş duyğulan oyandırılmır.
Milyonlarla insanların beyinləri əkib becərilməmiş
torpaq kimi qalıb və heç bir meyvə vermir.