“Məncə, bizim cəmiyyətimiz çox neqativdir; "Bunu etmə, onu etmə". Yalnız qara və ağdan ibarət qapalı bir sistemdir. Əgər insanların hamısı sevməyi və qayğı göstərməyi bacarsa, o zaman bizim bu “etmələrlə bağlı problemimiz olmaz. Bilirəm, bu, həddən artıq idealist və qeyri-praktik görünür. Lakin mən əminəm ki, sevgi də nifrət kimi yoluxucu ola bilər
Belə bir nəticə hasil etdim ki, zehin və beyin haqqında öyrəndiklərimiz faktdan daha çox ehtimaldır. Zehnimizin, - fikirlərimiz, hisslərimiz, ümidlərimiz, qorxularımız, - sırf fiziki beynimizin məhsulu olması ideyası elmi fakt deyil. Bu, elmi faktları izah etmək üçün təklif olunmuş fəlsəfi nəzəriyyədir, çoxlu sayda bu tip nəzəriyyələrdən yalnız biridir və fikirlərin, hisslərin daha yaxşı izahını təklif edir.
Əgər Tanrı varsa, mən həyatımı xeyirxahlıq, şəfqət və şüurluluq prinsiplərinə əsasən yaşamalıyam, əgər Tanrı yoxdursa, mən həyatımı yenə də xeyirxahlıq, şəfqət və şüurluluq prinsiplərinə əsasən yaşamalıyam. Necə də sadə və gözəldir.
Düşünürəm ki, həyatda ən vacib şeylər biliklərin axtarılması və paylaşılması, sevginin qəbul edilməsi və geri verilməsidir. Əminəm ki, ruhi olan vacibdir, mütəşəkkil dinlərin doqma və doktrinaları insanlar tərəfindən yaradıldığı üçün nöqsanlara meyillidir və tarixin də göstərdiyi kimi, o qədər də effektiv deyil. Mən kilsə dərslərindən daha çox daxili ruhumu rəhbər tuturam.