Farida Valiyeva

Farida Valiyeva
@Valiyeffa01
Bakı
Azərbaycan, 27 Ocak 2001
98 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Cənab Leytenant
10/10
·112 syf.··
Beğendi
·
2024 3. kitabı
·
5 günde okudu
·
Okunma: 30 Eylül 2024 23:43
Real həyatdan götürülmüş kitablar insanın həyatında, duyğularında daha fərqli yer tutur. Oxuduğumuz kitabdakı qəhrəman xəyal məhsulu deyil, həqiqətən, yaşamış bir insan olduqda, onun yaşadıqları kədərli və sevincli xatirələri insan özü yaşayırmış kimi dərindən hiss edə bilir. Kitabda yaşanılan duyğular o qədər ustalıqla təsvir olunub ki, oxuduqca insan duyğularına, bəzən göz yaşlarına hakim ola bilmir. Baş qəhrəmanımız, həqiqətən də, bir qəhrəman olmuş olduqda isə, bu duyğular daha qabarıq şəkildə yaşanır. Bəli, bizim kitabımızın qəhrəmanı Şəhid Leytenant Teymur Abbaslıdır, təkcə, oxuduğumuz kitabın deyil, bütün Azərbaycan Xalqının ölməz qəhrəmanlarından biridir. Kitabda müharibənin ilk günlərində könüllü, özü də yaşı çox olduğu üçün təkidlə cəbhəyə yollanan 40 yaşlı Teymurun Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirakından rəğbətlə bəhs edilib. O, şəxsi igidliyinə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Şəhidlərimiz haqqında yazılmış hər yazı müqəddəsdir, bizim üçün. Biz hər birimiz Azərbaycan vətəndaşı olaraq, Şəhidlərimizi tanımalı və tanıtmalıyıq. Və Cənab Leytenant kitabı da bizə ölməz qəhrəmanlarımızdan birini də tanımaq, tanıtmaq üçün kömək edir. Şəhidlər ən ali qürur mənbəyimizdir. Kitabın son səhifəsində də yazıldığı kimi: Biz bir gün olmayacağıq, amma, Sən, daha uzaq bir gələcəkdə hələ də yaşayacaqsan, Cənab Leytenant! Cənab Leytenant Əli Rzazadə
Şəhidlərimizi unutmayaq!
Cənab LeytenantƏli Rzazadə · Mücrü Nəşriyyatı · 202411 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!

Farida Valiyeva

, bir kitap okudu
10/10
·112 syf.··
Beğendi
·
5 günde okudu
·
2024 3. kitabı
Əli Rzazadə
9.1/10 · 11 okunma
Şəhid Leytenant Teymur Abbasov
Biz bir gün olmayacağıq, amma, Sən, daha uzaq bir gələcəkdə hələ də yaşayacaqsan, Cənab Leytenant!
Sayfa 111 - Mücrü Nəşriyyat·Kitabı okudu
... Bəli, kimsə bizə oxumağın və yazmağın ilkin üsulunu öyrədə bilər. O bizi vacib kitablara, gözəl romanlara və əvəzolunmaz istinadlara yönləndirə bilər. O, barmaqlarımız arasında qələm tutmağı öyrədə bilər. Lakin təxəyyülümüzün diqtəsilə yazdıqlarımız bizim ruhumuzun, fiziki və zehni bacarıqlarımızın məhsulu olaraq üzə çıxacaqdır. Bu mənada, qələm bizim silahımızdır...
Sayfa 95 - Mücrü Nəşriyyat·Kitabı okudu
...Dünya əzəldən belədir: zülmlə ədalət, doğruyla yanlış, sevinclə kədər hər zaman fələyin tərəzisinin iki gözündədir. Elə bir an gəlir ki, tərəzidə ədalətin, doğrunun, sevincin ağır gəlməsi üçün insan müdaxiləsi labüd olur. Məhz o anlarda gərəkli cəsarəti göstərənlər qəhrəmanlardır!
Sayfa 94 - Mücrü Nəşriyyat·Kitabı okudu