Veli Suleymanzade

Veli Suleymanzade
@Veliska
Baku
Baku, 19 Eylül 1999
4 okur puanı
Şubat 2023 tarihinde katıldı
I'm looking for Qaraqan
Məni heyrətləndirən üç yol var idi. Birincisi İslamın ruhumu rahatlandıran ibadət yolu. Ikincisi beynimə hörmətlə yanaşan elmin yolu, üçüncüsü Qabrielin gətirdiyi faktları qəbul eləməkdə çətinlik çəkən amma qəbul etməyə bilməyən məntiqimin yolu. Amma əlini açıb dua edirsan cavab gəlmir, elmə bağlanırsan bunun sonunun olmadığını və həyatın anlamsız bir şey olduğunu anlayırsan. UFOlar və konspirasiya haqda öyrəndikcə isə nağıllar aləminə düşürsən və bu səni reallıqdan uzaqlaşdırır. Görəsən bir yolu varmı həqiqətə az da olsa yaxınlaşa bilməyin?
Sayfa 284 - Qaraqan·Kitabı okudu
Hakikatin Peşinde
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Nəticə
1. Hərşey vibrasiyadan əmələ gəlir. Vibrasiya reallığa struktur verir. 2. Bizim fikirlər, simvollar, sözlər, səslər hərbiri vibrasiyaya malikdir. 3. Biz reallığa fiziki olaraq təsir edirik. İstənilən vibrasiyaya malik informasiya reallığın strukturunu dəyişir. 4. Bütün materiyanı əhatə edən informasiya qatı var və o zaman məkan anlayışından kənardadır. 5. Qədim miflər və ilkin dini inanclar vibrasiya və informasiyadan xəbərdar idi.
Qaraqan
İki növ axmaq var. Birincilər həqiqətə inanmazlar, ikincilər onu qəbul etmək istəməz
Seren Kerkeqor, filosof·Kitabı okudu
Qaraqan
Üç pərvanə və şamın nağılı
Üç pərvanə şamın ətrafında uçub onun mahiyyəti, onun nə olduğu haqda düşünürlər. Pərvanələrdən biri bir az şama yaxınlaşıb deyir: - O işıq saçır. İkinci pərvanə daha çox yaxınlaşıb deyir: - O isdidir.Soyuqda da qızdırır. Lakin üçüncü pərvanə alovun tam içinə girib yox olur və geri qayıtmır.O sualının cavabını tapır.Amma bunu başqalarına deyə bilmir. Həmin pərvanə kimi həqiqəti tapanlar onu insanlara deyə bilmir.Ona görə bilməyənlər danışır, bilənlər isə susur.
Qaraqan
- Mikayıl, niyə başa düşmürsən? İnsanlar nə edir, insanlıq olaraq? Heyvanlar nə edir, heyvanlıq olaraq? Ulduzlar nə edir ulduzluq olaraq? Heç nə, əgər Allah bizim nə isə etməyimizi istəsəydi o bunu bizə deyərdi. Niyə bizi sınağa çəksin? Bəlkə o bizi sadəcə yaradıb? Bəlkə o bizi kef eləmək üçün yaradıb? Ola bilməz belə bir Allah? Ola bilməz ki, Allah yaxşı olsun? Gǝrǝy elə adamyandıran olsun? Yəni ki, o boyda Allah- Yupiter, Veneranı, Günəşi, qalaktikaları yaradan Allah oturub bizim neçə dəfə hansı qızın ayağına baxmağımızı sayır? Mikayıl sən dünya haqda fikirləşdikcə həyatın elə buna sərf olunacaq. Filosoflar əsrlərlə gic-gic şeylər fikirləşirdilər. Adları tarixə düşdü amma özlərinə ikinci dəfə şans verilsəydi hər şeyi atıb sevdikləri insanların arasında sərin bir çəmənlikdə nahar edərlərdi. Budu həyat. Həyat nə rəmzlərdi, nə gerblər. Həyat nə dinlərdi nə himnlər. Həyat nə bank hesabıdır nə millətlər, nə də dilom. Həyat ilıq dalğalar, soyuq şərab və qadın ətridir. Həyat simfoniyalar, qarlı zirvələr və uşaq gülüşüdür. İnsanların həyatı Cəhənnəmə dönəndə onlar Cənnəti uydurmuşdular, indi həyatları Cənnətə döndükcə Cəhənnəmi unutmalıdırlar. Bəs məqsədimiz nədir? Bu sual səni maraqlandırır. Bax bütün canlılara onlar hamısı nə edirsə deməli məqsəd də odur. Bütün kainat genişlənir. Bir hüceyrə bölünərək iki hüceyrə yaradır. Qarışqalardan tutmuş zürafələrə qədər bütün canlıların bir ali məqsədi var. Çoxalmaq, çoxalmaq və çoxalmaq.
Qaraqan