Məni heyrətləndirən üç yol var idi. Birincisi İslamın ruhumu rahatlandıran ibadət yolu. Ikincisi beynimə hörmətlə yanaşan elmin yolu, üçüncüsü Qabrielin gətirdiyi faktları qəbul eləməkdə çətinlik çəkən amma qəbul etməyə bilməyən məntiqimin yolu. Amma əlini açıb dua edirsan cavab gəlmir, elmə bağlanırsan bunun sonunun olmadığını və həyatın anlamsız bir şey olduğunu anlayırsan. UFOlar və konspirasiya haqda öyrəndikcə isə nağıllar aləminə düşürsən və bu səni reallıqdan uzaqlaşdırır. Görəsən bir yolu varmı həqiqətə az da olsa yaxınlaşa bilməyin?
1. Hərşey vibrasiyadan əmələ gəlir. Vibrasiya reallığa struktur verir.
2. Bizim fikirlər, simvollar, sözlər, səslər hərbiri vibrasiyaya malikdir.
3. Biz reallığa fiziki olaraq təsir edirik. İstənilən vibrasiyaya malik informasiya reallığın strukturunu dəyişir.
4. Bütün materiyanı əhatə edən informasiya qatı var və o zaman məkan anlayışından kənardadır.
5. Qədim miflər və ilkin dini inanclar vibrasiya və informasiyadan xəbərdar idi.
Üç pərvanə şamın ətrafında uçub onun mahiyyəti, onun nə olduğu haqda düşünürlər. Pərvanələrdən biri bir az şama yaxınlaşıb deyir: - O işıq saçır. İkinci pərvanə daha çox yaxınlaşıb deyir: - O isdidir.Soyuqda da qızdırır. Lakin üçüncü pərvanə alovun tam içinə girib yox olur və geri qayıtmır.O sualının cavabını tapır.Amma bunu başqalarına deyə bilmir. Həmin pərvanə kimi həqiqəti tapanlar onu insanlara deyə bilmir.Ona görə bilməyənlər danışır, bilənlər isə susur.