13

- Yox, mən bilmək istəyirəm ki, niyə siz dərk etmək, iztiraba nifrət bəsləmək və sairədə özünüzü səlahiyyətli hesab edirsiniz? Məgər siz ömrünüzdə iztirab çəkməmisiniz? İztirabın nə olduğunu bilirsiniz? Bağışlayın, sizi heç uşaqlıqda qamçı ilə döyüblər? -Xeyr, mənim ata-anam fiziki cəzaya nifrət edirdilər. - Məni isə atam rəhmsizcəsinə döyərdi. Atam yorğun, əzgin və sərt xasiyyətli bir məmur idi, burnu uzun, boynu sarı idi. Lakin gəlin sizin barənizdə danışaq. Bütün ömrümüz boyu sizə heç kəs barmağının ucu ilə belə toxunmamış, heç kəs sizi qorxutmamış, döyməmişdir, siz öküz kimi sağlamsınız, atanızın qanadı altında böyümüş və onun hesabına oxumuşsunuz, sonra birdən-birə işi az, maaşı çox olan qulluğa girmisiniz. İyirmi ildən artıq yanacağı, işığı, qulluqçusu olan havayı mənzildə yaşamısınız və istədiyiniz kimi, istədiyiniz qədər işləmək, hətta heç işləməmək hüququna malik olmusunuz. Siz təbiətcə tənbəl, lırt bir adamsınız, ona görə də həyatınızı elə qurmağa çalışıbsınız ki, sizi heç bir şey narahat eləməsin və yerinizdən dəbərtməsin. İşlərinizi feldşerə və ya başqa yaramaz adamlara təhvil verib, özünüz isti və sakit bir yerdə oturmusunuz, vaxtınızı pul toplamaqla, kitab oxumaqla, cürbəcür yüksək mənasızlıqları düşünməklə və (İvan Dmitriç doktorun qırmızı burnuna baxdı) sərxoşluq sərxoşluq etməklə keçirmisiniz. Xülasə, həyatı görməmisiniz, onu əsla tanımırsınız, həqiqətlə isə yalnız nəzəri cəhətdən tanış olmusunuz. İztiraba nifrət bəsləməyinizin və heç bir şeyə heyrətlənməmənizin səbəbi isə olduqca sadədir: mənasız fikirlər və qayğılar, həyata, iztirablara və ölümə xaricən və daxilən nifrət bəsləmək, həyatın mahiyyətini dərk etmək cəhdləri, həqiqi nemət – bütün bu fəlsəfə Rusiya tənbəlləri üçün ən əlverişli bir şeydir. Məsələn, siz bu mujikin öz arvadını döydüyünü
Reklam
Mühüm bir şey deyəcəkdim, heyif ki, unutdum, – dedi. – Nə deyəcəkdim? Aha, yadıma düşdü: stoistlərdən biri yaxın bir dostunu azad etdirmək üçün, özünü bir qul kimi satmışdı. Görürsünüzmü, demək, stoist də qıcıqlanmaya cavab verirmiş, çünki yaxın dostunun yolunda canından keçmək kimi alicənab bir hərəkət üçün qəzəblənmiş rəhmli bir qəlb lazımdır. Mən öyrəndiklərimin hamısını bu həbsxanada unutmuşam, yoxsa yenə də bir şey xatırlardım. Həzrət İsanı götürək. İsa həqiqi varlığa ağlamaq, gülümsəmək, kədərlənmək, acıqlanmaq, hətta qüssələnməklə cavab verirdi; o, iztirabları təbəssümlə qarşılamır və ölümə nifrət bəsləmir, o, bu fəlakətdən yaxa qurtarmaq üçün Gefsiman bağında ibadət eləyirdi.
Özünüzü bənzətdiyiniz stoistlər çox gözəl adamlardır, ancaq onların nəzəriyyəsi hələ iki min il bundan qabaq donub qaldı, bir qarış belə irəliləmədi və irəliləməyəcəkdir də, çünki bu nəzəriyyə əməli və həyati deyildir. Bu, yalnız öz həyatını hər cür nəzəriyyələri təhlil və təshih etməklə keçirən azlıq arasında müvəffəqiyyət qazana bildi, əksəriyyət isə bunu anlamırdı. Sərvətə və həyat rahatlığına laqeydlik, iztirablara və ölümə nifrət təbliğ edən nəzəriyyə isə böyük əksəriyyət üçün tamamilə anlaşılmazdır, çünki bu əksəriyyət heç vaxt var-dövlət, həyat rahatlığı görməmişdir; bu əksəriyyət üçün iztiraba nifrət etmək, həyatın özünə nifrət etmək deməkdir, çünki insanın bütün varlığı aclığı, soyuğu, həqarəti, itkini və ölüm qarşısında Hamlet qorxusunu hiss etməkdən ibarətdir. Bütün həyat da bu hadisələr üzərində qurulmuşdur: həyatdan usanmaq olar, ona nifrət etmək olar, lakin ona həqarətlə baxmaq yaramaz. Bəli, təkrar edirəm ki, stoist təliminin heç vaxt gələcəyi ola bilməz, halbuki, gördüyünüz kimi, mübarizə, ağrıya qarşı həssaslıq və qıcıqlanmaya cavab vermək qabiliyyəti əzəl vaxtdan indiyədək tərəqqi etməkdədir.
Dərk etmək… Xarici, daxili… Bağışlayın, mən bunları başa düşmürəm. – O, ayağa qalxaraq acıqla doktora baxdı və: – Mən ancaq onu bilirəm ki, Allah məni isti qandan və əsəblərdən ibarət olaraq yaratmışdır! – dedi. – Üzvi toxuma isə, yaşamaq qabiliyyətinə malik olduqda, hər bir qıcıqlanmadan hərəkətə gəlməlidir. Mən özüm də hərəkətə gəlirəm! Ağrıya çığırtı ilə və göz yaşı tökməklə, alçaqlığa – qəzəblə, rəzilliyə – nifrətlə cavab verirəm. Məncə, bunun özü elə həyat deməkdir. Orqanizm nə qədər alçaq olursa, o qədər az həssas olur və qıcıqlanmaya daha zəif cavab verir; əksinə, orqanizm nə qədər yüksək olursa, o qədər də həssas olur və həyata, mühitə qarşı münasibətini daha qəti göstərir. Bunu bilməmək olarmı? Özünüz doktorsunuz, amma belə boş şeylərdən xəbəriniz yoxdur! Əzab və əziyyətə nifrət etmək, həmişə razı qalmaq və heç bir şeyə təəccüb etməmək üçün, bax, bu dərəcəyə çatmaq lazımdır, – deyə İvan Dmitriç piy bağlamış kök mujikə işarə etdi, – və ya gərək şiddətli iztirablara dözərək özünü elə möhkəmlədəsən ki, hər cür həssaslığı itirəsən, yəni başqa sözlə, yaşamaqdan əl çəkəsən. Bağışlayın, mən nə aliməm, nə filosof, – deyə İvan Dmitriç əsəbi halda sözünə davam etdi, – və bunlardan heç başım çıxmır. Mühakimə etməyə halım yoxdur.
Diogenin kabinetə və isti otağa ehtiyacı yox idi; ora onsuz da istidir. Çəlləyin içində otur, zeytun və portağal yeyib ləzzət çək! Amma Rusiyada yaşamaq ona qismət olsaydı, nəinki dekabrda, hətta may ayında da evdən bayıra çıxmazdı. Soyuq ona bir toy tutardı ki… - Xeyr. Soyuğu və ümumiyyətlə, hər bir ağrını hiss etməmək olar. Mark Avreli deyib ki, “ağrı – ağrı haqqında canlı bir təsəvvürdür. Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə – ağrı özözünə yox olar”. Bu, doğru fikirdir. Filosof və ya sadəcə təfəkkürlü, zəkalı bir adam məhz bununla fərqlənir ki, iztiraba həqarətlə baxır. O, həmişə razıdır və heç bir şeyə heyrət etmir.
Reklam