13

Puan vermedi
Zənnimcə, ədəbiyyatımızda son dövürlərdə müharibə mövzusunda yazılmış ən yaxşı əsərlərdəndir. Müharibə mövzusunda igidlərimizin şücaətindən, döyüş taktikalarından, keçdiyi əzab-əziyyət dolu yollarından bəhs edən çox əsərlər yazılıb amma bu kitabı fərqli qılan yalnız müharibənin, hadisələrin ön plana çəkilməsi deyil, müharibənin, döyüş kadrlarının, hadisələrin yazarın ortaya qoyduğu suallar, çatdırmaq istədiyi mesajlarla paralel inkşaf etməsidir. Oxuduqca müharibə kadrları bir lent kimi göz önündən keçir, təxəyyülündə canlanır, bir yandan da yazarın ortaya qoyduğu öz nəsillərimizin taleyinə biganə yanaşmamız, amma onları "düşündüyümüz" üçün müharibələr aparmamız, "vətən", "vətənpərvərlik" anlayışlarımız, müharibəni siyasətçilər, sülhü yoxsul xalq istəyər fikirləri fonunda "müharibə", "siyasət" anlayışları sorğulanır. Biz həqiqətən də vətənpərvərikmi? Vətən nədir bizim üçün? Bizi niyə müharibələr aparırıq? Kimi fikirləri oxuduquca sorğulayır insan. Bir yöndən oxuduqca emosianallıq, digər yöndən də sorğulama hissi hakim kəsilir . Bu kitabın filmə çevrilməsini çox istərdim, bizim də gələcək nəsillərə ötürəcəyimiz bir miras olmalıdır. Son dövürlərdə yazılmış hər iki Qarabağ müharibəsinə həsr edilən kitab soruşulsa, şübhəsiz ki, bu kitabı tövsiyə edərdim. Mütləq oxunmalı, oxudulmalıdır!
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
Reklam
Puan vermedi·185 syf.··
2024 20. kitabı
Hekayə cəmiyyətin stereotiplərini qıran, kimsəsiz sayılan amma hamının səadətinin bir parçası sayılan Nuriyyənin mübarizəsindən; İki kənd--Quzey və Güney Qışlağı birəşdirəcək olan "Söyüdlü arx", onun uğrunda kəndlilərin konfliktlərindən bəhs edir. Nuriyyə obrazı ilə yazıçı insan psixologiyasına təsir edib, onun vurucu monoloqları, insan psixologiyasına incə-incə yeridilən, özünü sorğulmaq məcburiyyətində qoyan vəziyyəti, sualları ilə bizi özümüzlə qarşı-qarşıya qoyur, sorğuladır. Empatiya nöqtəsinə çatdırır. Oxucu özünə bir sual verir: "Mən Nuriyyə qədər böyük ola bilərdimmi?" Nuriyyə kimsəsi yalnızca qan bağı olmayan Ələsgər dayı ilə Güllü xala olan güclü, mübariz bir qız idi. Mədəniyyətə özünü fəda edib, fəaliyyət göstərmək üçün yola çıxır. Həyat ən ağrılı faciənin baş rolu seçir Nuriyyəni... Elə doğulduğu gündən... Bu sahəni seçməsi də təsadüfü deyildi. Nuriyyənin tale elə ilk uğursuzluqdan--pullarını vaqonda itirdikdən sonra Muradla qarşılaşdırır. Bəlkə də, yazıçı burada Nuriyyənin acı taleyinə, bədbəxtliyinə işarə edir. Doğrudur, baş qəhrəman özünü belə- "bədbəxt" adlandırmır, hətta nifrət edir bu sözə amma elə hər şey də bu kiçik bədbəxtlikdən sonra kiçik xoşbəxtliyə ardınca isə bunun gətirdiyi, böyük əzablara dönməsi ilə başlayır... -- Nuriyyə, biz heç vaxt bir-birimizdən ayrılmayacayıq. -- Elə deyilmi?Sən deyirsən demək elədir. Mən sənin səsində mərdlik hiss edirəm. -- Mənim əzizim cavan leytenant, sən də məndən heç nə soruşma, heç nə. Sən hər şeyi bilirsən... Sən hiss etməyə bilməzsən. Doğrudur, biz iki-üç saatdır tanışırıq. Ancaq zaman, zaman mənim üçün öz hökmünü vermişdir. Mənə elə gəlir ki, səni tanıdığım, sənə bağlandığım, sənin boy-buxununda, mərdan görkəminlə fəxr etdiyim tam bir əsrdir. Bir əbədiyyətdir. Elə bil min ildir ki, mən sənin nəcib
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 19591,310 okunma
Puan vermedi·344 syf.··
2024 2. kitabı
"Mən üsyankar idim, bu adı mənə tamamilə məntiqi və ədalətli görünən, lakin valideyinlərimə, xüsusilə də atama görə haqsız olduğum hadisələrdən sonra vermişdilər". Haqsızlıq, ədalətsizliklər insanı ya üsyankar edir, ya da qul. Varis də qadınların qul, əşya yerinə qoyulduğu iyrənc bir coğrafiyada böyüyən, ədalətsizliklərlə barışmayan, cəsur, üsyankar bir qadındır; Özü kimi milyonlarla, milyardlarla qadının həyatına işıq tutan eyni zorakılıqlara, təzyiqlərə məruz qalan bütün qadınlar adından mübarizəyə qatılan üsyankar bir fədaidir. Varisin acı taleyini vərəqlədikcə, əsəri bitirənədək ağlımdan o cümlə keçir, heç çıxmırdı: "Qadınlar zərif varlıqdır". Bu ifadə ilə heç zaman razılaşmamışam. Bu qədər işgəncələr, ölümlər, təcavüzlər, təzyiqlər qarşısında içində hansı canlı zərif ola, qala bilər ki? Zərif varlıq bu yaşam mübarizəsində, təzyiqlər içində necə sağ qala bilər ki? Onun hekayəsi, yalnız qadın olmağın çətinliklərini deyil, həm də mədəni və coğrafi çərçivələrin insan həyatına necə təsir etdiyini vurğulayır. Coğrafiya qismətindir, hərçənd qismətə inamasam da, insanın həyatı seçimi və onun nəticələrinin aslı olduğuna inanıram. Varis də bu həyatı qəbullansa idi, o da digər qadınlar kimi həyatını bir heç uğruna fəda edəcəkdi... Acı taleyini qəbullandıqda hər şey bitir, qismət başlayır... Qadın olmağın, xüsusən də iyrənc bir coğrafiyada qadın olmağın ağrılarını hər zərrəmlə hiss etdiyim bir həyat hekayəsidir... Cinsiyyətindən asılı olmayaraq, insanlıq duyğusunu itirməyən hər kəsin oxuyanda sarsılacağı, düşüncələrinə yenidən baxacağı həssas bir həyatdır...
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,7bin okunma