Vüsal Mustafayev

Vüsal Mustafayev
@VusalMustafa
Sosioloq,filosof.
Sosiologiya,Təbiətşünaslıq fəlsəfəsi
46 okur puanı
Nisan 2024 tarihinde katıldı
Fəlsəfənin Qısa Tarixi
8/10
·224 syf.·
2025 4. kitabı
Nigel Warburton 40 qərb filosofu haqqında qısa yazıları fəlsəfəyə və elmə marağı olan adamlar üçün dəyərli kitabdır. Sokratdan başlayaraq Piter Singerə kimi uzun bir dövrün fəlsəfi ideyaları canlı və cansız aləmə birbaşa təsir etmişdir. Kitab çox sadə və başa düşünlən formada yazılmışdır ki, bu da elmin insanlar arasında populyarlaşmasına gətirib çıxarır.v Vüsal Mustafayev
Felsefe
Fəlsəfənin Qısa TarixiNigel Warburton · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 20208,3bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Şeyx Sənan
9/10
·184 syf.·
2025 3. kitabı
Kitab çox maraqlıdır və cəmi 3-4 saata oxuyub bitirmək olar. 4 pərdəli faciə olan əsər xüsusilə dinlərin insanlar arasında birləşdirici olmasını irəli sürür və insanların din müxtəlifliyi ilə fərqləndirilməsinin bir çox faciələrə gətirib çıxardığını bizə deyir. Bu əsər tarixi Qafqaz və ərəb xalqlarının necə bir insan olduqlarınıda deyir. Bu məqam xüsusuilə maraqlıdır. Əsərin süjeti haqqında yazmaq isə mənim fikrimcə etik deyil,kitab çox maraqlıdır və hər bir kəsin oxumalı olduğu bir əsərdir.Vüsal Mustafayev
1000Kitap
Şeyx SənanHüseyn Cavid · Qanun Nəşriyyatı · 2023134 okunma
ŞÜBHƏ
Şübhədir hər həqiqətin anası, Şübhədir əhli-hikmətin babası. Şübhə etməkdə haqlıdır insan, Çünki hər kəscə bəllidir:Yaradan Hər zaman,hər tərəfdə nurəfşan, Fərqsiz onca həp zamanü məkan... Ona məxsus yoqsa bir məva, Ərşə çıqmaqda varmı bir məna?
Sayfa 21 - Qanun nəşriyyatı
Alıntı
oyanış
9/10
·264 syf.·
2025 2. kitabı
Güntay Gəncalpın Qafqaz türklərinin oyanış dövrü adlanan kitabı Qafqazın müsəlman əhalisi üçün çox önəm daşıyır.Kitab bir çox məsələləri qələmə alıb,din,dil,musiqi,qadın haqları,rasional düşüncəni,sekulyarizmi,modernləşməni,gələnəklərlə qarşı-qarşıya və digər məsələləri qeyd etmişdir. Alim qafqaz türklərinin oyanış tarixini qeyd edib,ancaq bu əsər bizə indiki,dövrdə də öz əhəmiyyətini daşıyır. Əsərdə dil sorunu və din məsələlərinə yanaşma xüsusilə maraqlıdır və dəyərli hesab edilə bilər. Çox yazıq ki, biz türklər çox mehriban və əli açıq insanlarıq. Biz türklərin həyatına təsir etmişdir. İslam dinin müxtəlif qollara ayrılması və insanları din adamaları öz uydurma dinləri ilə bizləri düz yoldan döndərmişdir. İndiki zamandan düz qeyd olunur ki,mükkəmməl müsəlmanlar deyil,mükkəmməl olan qurandır. Bizim türk insanları kitab oxumaqdansa hansısa fars-ərəbin dediyinə kor-koranə inanır və bütünlüklə həm öz həyatın,həm də türk övladlarının gələcəyini korlayırlar. Çox heyif ki,dilimizin təmiz olması üzündə hansısa yeni bir dünyəvi əsər ortaya qoya bilmirik. Hansısa fəlsəfi əsər yaza bilmirik.Bu məsələ biz türklərin ən önəmli məsələsi bə problemi olmalıdır və bu problemi bir dəqiqədə gözləmədən həll edilməli və dilimiz saflaşdırılmalıdır.Bu məsələlər biz türklərin var olması üçün çox önəm daşıyır. Kitabda bir çox fikirlərlə razılaşmamaq olar, amma bu kimi məsələlər kitabın əhəmiyyətini azaltmır və bu kitabda qeyd olunanalara münasibət bildirən bir şəxsin ortaya çıxıb tənqid etməsi elmimizin inkişafı üçün çox böyük önəm daşıyır. Vüsal Mustafayev
Tarih
Qafqaz Türklərinin Oyanış DövrüGüntay Gəncalp · Qanun Nəşriyyat · 20143 okunma